ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ QARS MÜQAVİLƏSİNİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRUZƏ EDİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ QARS MÜQAVİLƏSİNİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRUZƏ EDİB

27.10.21. Oxunma sayı: 216 TƏDBİRLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov “BİLGESAM” Strateji Araşdırmalar Mərkəzinin Qars müqaviləsinin 100-cü ildönümünə həsr etdiyi növbəti onlayn panelə qatılıb. Alim “Qars müqaviləsindən sonra Azərbaycan – Türkiyə ədəbi əlaqələri” mövzusunda məruzə edərək bu ölkələrin bir-birilə daha da yaxınlaşmasında həmin müqavilənin böyük əhəmiyyətə malik olduğunu söyləyib. O qeyd edib ki, XX əsrdən başlayaraq azərbaycanlıların dünya ədəbiyyatı ilə tanış olmasında məhz türk ədəbiyyatının, türkiyədən gələn kitabların böyük rolu olub.
Paşa Kərimov həmçinin I Dünya müharibəsi zamanı Türkiyə və Azərbaycan əhalisinin qardaşlaşmasına səbəb olan amillərdən bəhs edib, həmçinin Türkiyəli əsirlərə azərbaycanlı ziyalıların qayğı göstərməsi məsələsinə toxunarkən Nəriman Nərimanovun fəaliyyətini xüsusilə vurğulayıb.
Tədbiri onlayn şəkildə buradan izləyə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR:

06.04.21 AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla