BÖYÜK HUMANİST SƏNƏTKAR NİZAMİ GƏNCƏVİ » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


BÖYÜK HUMANİST SƏNƏTKAR NİZAMİ GƏNCƏVİ

24.10.21. Oxunma sayı: 316 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
“XII əsr Şərq intibahının görkəmli nümayəndəsi, ensiklopedik zəka sahibi, qüdrətli şair və mütəfəkkir İlyas Yusif oğlu Nizami Gəncəvinin bizə miras qoyduğu “Xəmsə”si bir insanşünaslıq ensiklopediyasıdır. Şairin “Beş xəzinə” adlandırdığı bir-birindən hikmətli məsnəvilərini oxuduqca onun insana necə yüksək dəyər verdiyini görür, insanın hünər və bacarığını necə qiymətləndirdiyini dərk edirik. Və cəsarətlə onu böyük humanist adlandırırıq.”

Bu sözləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Elm” qəzetində dahi şair və mütəfəkkir Nizami Gəncəvi haqqında nəşr olunmuş məqaləsində söyləyib. Alim şairi humanist ideyaların təbliğatçısı adlandıraraq humanizmin əsas müddəalarının Nizami irsində əks olunduğunu qeyd edib, bildirib ki, dahi sənətkarın əsərlərində humanizmin insanın özünü qiymətləndirməsi, mənliyini müdafiəsi kimi vacib elementlərini, şəxsiyyət azadlığı və insan haqlarının qorunması kimi əsas tələblərini görə bilərik. O həmçinin dünya humanizm məktəbinin tam mənzərəsinin aydın təsəvvür edilməsi üçün Nizami Gəncəvi kimi bədii söz ustadının həyata, insana, cəmiyyətə baxışlarının öyrənilməsinin vacibliyini, Nizami Gəncəvinin təkcə Azərbaycanın deyil, Şərqin, bütün müsəlman aləminin, dünyanın nadir zəka sahiblərindən olduğunu vurğulayaraq onun sülhə və tərəqqiyə dəvət edən qiymətli mirasını insanlıq üçün zəngin həyat məktəbi adlandırıb. Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR:

06.04.21 AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB
03.04.21 “ELM” QƏZETİNİN YENİ SAYINDA “NİZAMİ GƏNCƏVİ VƏ ELM” SƏRLÖVHƏLİ MƏQALƏ DƏRC OLUNUB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
16.07.18 NİZAMİ VƏ ZƏRDÜŞTİLİK MÖVZUSUNDA ƏTRAFLI ARAŞDIRMA
16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla