OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİ VII BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ –YARMARKASINDA NÜMAYİŞ OLUNUB
06.10.21. Oxunma sayı: 404 NAİLİYYƏTLƏR / NİZAMİ-880
6 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nın açılış mərasimi keçirilib. Sərgidə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üçün ayrılmış guşədə elmi-tədqiqat müəssisəsinin sərgiyə təqdim etdiyi 2020-2021-ci illərdə nəşr olunmuş 50-dən çox müxtəlif adda ədəbiyyat: institutun əlyazmalar əsasında nəşrə hazırladığı kitablar, türk, fars və ərəbdilli əlyazmaların çap kataloqları, İnstitutda qorunan əlyazmalar əsasında hazırlanan nəşrlər, institutda yerinə yetirilən elmi tədqiqat işlərinin ən mühüm nəticələrini əks etdirən kitablar, əməkdaşların əsərlərinin dərc olunduğu və müəssisədə çapa hazırlanan elmi jurnallar, konfrans materialları oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Sərgi-Yarmarkada Əlyazmalar İnstitutunda hazırlanan Nizami əsərlərinin nəfis və illüstrativ nəşri, şairin irsinin tədqiqinə həsr olunmuş yeni monoqrafiyalar da sərgi iştirakçılarına təqdim olunub.
Nəzərinizə çatdırırıq ki, sərgi oktyabr ayının 10-na kimi davam edəcək.

06.04.21
AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB
12.02.21
DAHİ NİZAMİNİN “XƏMSƏ”SİNİN AKADEMİK NƏŞRİ, ELMİ-TƏNQİDİ MƏTNLƏRİ ƏRSƏYƏ GƏTİRİLƏCƏK
15.12.20
ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
20.05.19
İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB
02.05.19
ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB