“ŞƏMSƏDDİN SAMİNİN HƏYATI, MÜHİTİ VƏ YARADICILIĞI” ADLI MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


“ŞƏMSƏDDİN SAMİNİN HƏYATI, MÜHİTİ VƏ YARADICILIĞI” ADLI MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB

07.09.21. Oxunma sayı: 521 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Şəmsəddin Saminin həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiya çap olunub. Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Rəna İskəndərlinin müəllifi olduğu kitab Türkiyə mədəniyyətinin Tənzimat dövrünün görkəmli nümayəndəsi: tədqiqatçısı, dilçi, dram və roman müəllifi Şəmsəddin Saminin (1850-1904) elmi-bədii irsinin tədqiqinə həsr olunub.
Qeyd edək ki, kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Azadə Musabəyli və filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya elmlər doktoru Nailə Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.
OXŞAR XƏBƏRLƏR:

14.09.20 TƏDQİQATÇILARIMIZIN MƏQALƏLƏRİ NÜFUZLU BEYNƏLXALQ ELMİ JURNALLARDA DƏRC OLUNUB
20.05.19 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla