AZƏRBAYCAN VƏ İRAQ RESPUBLİKALARI ARASINDA YAZILI ABİDƏLƏRİN ELEKTRON SURƏTLƏRİNİN MÜBADİLƏSİ HƏYATA KEÇİRİLƏCƏK » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


AZƏRBAYCAN VƏ İRAQ RESPUBLİKALARI ARASINDA YAZILI ABİDƏLƏRİN ELEKTRON SURƏTLƏRİNİN MÜBADİLƏSİ HƏYATA KEÇİRİLƏCƏK

07.08.21. Oxunma sayı: 441 BEYNƏLXALQ ƏLAQƏLƏR
6 avqust 2021-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın (Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb) ikinci iclası keçirilib. İclasda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli də iştirak edib.
İclasın sonunda Azərbaycan Respublikası və İraq Respublikası Hökumətləri arasında yuxarıda göstərilən sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanıb. Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin Rabitə naziri Arkan Al-Şeybanin və Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin imzaladığı protokolda hər iki ölkənin əlyazmalar fondunun yazılı abidələrin elektron surətlərinin qarşılıqlı mübadiləsi hesabına zənginləşdirilməsi də nəzərdə tutulub. Bu fəaliyyət çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Bağdad Universitetinin Ərəb Elmi İrs Mərkəzi arasında ərəb müəllif və xəttatları tərəfindən ərəb dilində yazılmış yazılı abidələr ilə Azərbaycan müəlliflərinin və xəttatlarının Azərbaycan dilində yazılmış əlyazmalarının elektron surətlərinin qarşılıqlı mübadiləsi həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, bir müddət öncə, cari ilin 24 may tarixində İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət bölməsinin birinci katibi, doktor Hudayfa Mahmud Ziadın AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna səfəri zamanı Əlyazmalar İnstitutunun İraq Respublikasında fəaliyyət göstərən əlyazma mərkəzləri ilə elmi əlaqələrinin perspektivləri müzakirə olunmuşdu.


OXŞAR XƏBƏRLƏR:

09.06.20 ƏLYAZMALAR İNSTİTUTU İLƏ ÖZBƏK-ÇİN İNSTİTUTU ARASINDA QARŞILIQLI ANLAŞMA VƏ ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
21.02.19 ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK
20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
28.10.18 AZƏRBAYCAN ALİMLƏRİ TÜRKİYƏNİN SÜLEYMANİYYƏ YAZMA ƏSƏRLƏR KİTABXANASI İLƏ YENİ ƏMƏKDAŞLIĞA İMZA ATMIŞLAR
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla