OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ HAZIRLADIĞI ŞƏKİLLİ LÜĞƏT ÇAP OLUNUB
05.08.21. Oxunma sayı: 492 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə institutun elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru Familə Nəcəfovanın “Azərbaycanca-farsca şəkilli lüğət” (فرهنگ مصور آذربایجانی – فارسی) adlı yeni kitabı çap olunub. Ölkədə bu formatda ilk Azərbaycanca-farsca lüğət olan nəşr nəfis tərtibatı, həcmi və mövzularının əhatəliliyi baxımından seçilir. Fars dilində söz ehtiyatının zənginləşdirilməsi prosesində kəlmələrin mənasının beyində təsəvvürünün yaradılması və nəticə olaraq anlayıb-qavrama vərdişlərinə nail olmaq məqsədi ilə tərtib olunan 240 səhifəlik şəkilli lüğətə 143 mövzuda 4300 söz, 100-ə yaxın söz birləşməsi və cümlə daxil edilib. Kitabda fars dilində olan sözlərin transkripsiyaları da təqdim edilib ki, bu da əlifbanı bilməyən oxucuların ondan istifadəsini asanlaşdırır.
Qeyd edək ki, lüğətin redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov və BDU-nun İran filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədovadır.

27.12.19
NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
13.07.18
ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB