OXŞAR XƏBƏRLƏR:
QABDULLA TUKAY HAQQINDA YENİ TƏDQİQAT
16.06.21. Oxunma sayı: 576 NƏŞRLƏR
Bu yaxınlarda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının tatar ədəbiyyatının görkəmli şairi, publisist və tərcüməçi, tanınmış ictimai xadim Qabdulla Tukay haqqında yeni araşdırması işıq üzü görüb. “Qabdulla Tukay və Azərbaycan” adlanan irihəcmli monoqrafiya Bakıda nəşr olunub. Nəşrin elmi redaktoru Tatarıstan Respublikası EA-nın həqiqi üzvü filologiya elmləri doktoru, professor Daniya Zahidullina, rəyçiləri Tatarıstan Respublikası EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kim Minnullin və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Monoqrafiyada Qabdulla Tukayın Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələri, onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələləri haqqında məlumat verilir.
Son günlərdə yeni nəşr haqqında müxtəlif mətbu orqanlarda məqalələr və lisenziyalar nəşr olunur, onların sırasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Tatar xalqının böyük oğlu Qabdulla Tukay” adlı məqaləsi də yer alıb. Məqalə ilə buradan tanış ola bilərsiniz.

12.10.20
NƏRİMAN NƏRİMANOV “TİBB VƏ İSLAM” ƏSƏRİ ƏLYAZMALAR XƏZİNƏSİNDƏ
24.09.20
ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20
KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
30.01.20
ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
06.03.19
AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA