OXŞAR XƏBƏRLƏR:
KLASSİK ƏDƏBİYYATIMIZDA İLAHİ EŞQ VƏ SUFİZM MEYLLƏRİ
07.06.21. Oxunma sayı: 610 MEDİA / PUBLİSİSTİKA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov İctimai Radionun qonağı olub. “Can Azərbaycan” verilişində klassik ədəbiyyatımızda sufizmə müraciət edən ədiblərimizin əsərlərində əks olunan müxtəlif cərəyanlardan bəhs olunub.
Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər şairlərin yaradıcılığında ortaq baxışlardan söz açan alim dahilərimizin özünəməxsus üslubu ilə seçilən əsərlərində ilahi eşq, həyat fəlsəfəsi və sufizmə baxışları ilə bağlı maraqlı fikirlər səsləndirib. Qurani-Kərimdə yer alan müxtəlif hərflər, rəqəmlər və digər rəmzlərin ədəbiyyatımızda da öz bədii əksini tapdığını vurğulayıb. Alim qeyd edib ki, klassiklərimizin yaradıcılığında kamil insan obrazı Məhəmməd Peyğəmbərin simasında ümumiləşdirilib.
Veriliş boyu Azərbaycan ədəbiyyatında eşqin mahiyyəti, Nizamidən Səməd Vurğuna, Füzulidən Əliağa Vahidə qədər söz ustadlarının Yaradana və insana olan eşqinin ifadəsinin fərqli və ümumi cəhətləri, klassik irsimizdə yer alan rəmzlərin məna incəliyi, gözəlin təsvir orijinallığı, obyektlərin müqayisəsindəki qeyri-adilik və digər məsələlər də şərh olunub.
Ədəbiyyatımızda sufizm və həyata sufi baxışlar haqqında səslənən maraqlı fikirlərlə daha ətraflı buradan tanış ola bilərsiniz.

28.01.21
MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINDA MÜXTƏLİF ELMLƏRİN SİNTEZİNƏ RAST GƏLİNİR
12.10.20
NƏRİMAN NƏRİMANOV “TİBB VƏ İSLAM” ƏSƏRİ ƏLYAZMALAR XƏZİNƏSİNDƏ
24.09.20
ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20
KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
06.03.19
AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA