OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN BAŞ DİREKTORU “MOLLA NƏSRƏDDİN” ENSİKLOPEDİYASI”NIN TƏQDİMATINDA İŞTİRAK EDİB
04.05.21. Oxunma sayı: 547 TƏDBİRLƏR
3 may 2021-ci il tarixində əsas redaksiya heyətinə akademik Teymur Kərimli də daxil olduğu “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş tutan təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, həmininstitutun baş direktoru, ensiklopediyasının ideya rəhbəri və baş redaktoru, akademik İsa Həbibbəyli, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirak ediblər.
Tədbirdə professor Vüqar Əhmədin “Molla Nəsrəddin” jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası”, professor Cahangir Məmmədlinin “Molla Nəsrəddin” ensiklopediyası” - əsrin söz abidəsi”, dosent Gülbəniz Babayevanın “Milli məkkurə yaddaşının ensiklopediyası” adlı məruzələri dinlənilib.
Kitabın redaksiya heyətinin üzvü, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli tədbirdə çıxış edərək “Molla Nəsrəddin” ensiklopediyası”nın XX əsrin mətbuat tariximizin öyrənilməsində qiymətli mənbə olduğunu deyib və onu elm tariximizdə mühüm hadisə adlandırıb.
Qeyd edək ki, “Molla Nəsrəddin” ensiklopediyası üçün hazırlanmış “Sözlük”də Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Afaq Əliyevanın həmmüəllif olduğu “İmzalar”, “Gizli imza və atribusiyalar” və digər mötəbər mənbələrdən, eləcə də Əlyazmalar İnstitutunun arxiv materiallarından da istifadə olunub.

22.01.21
“AZƏRBAYCAN NƏFƏSLİ ƏLYAZMALAR PRAQA MİLLİ KITABXANASINDA” KATALOQU TƏQDİM OLUNUB
02.12.20
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18
MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU