“SAQİNAMƏ” JANRININ FARS DİLİNDƏ İLK ÖRNƏYİ “İSKƏNDƏRNAMƏ” ƏSƏRİNDƏ MÜŞAHİDƏ OLUNUR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


“SAQİNAMƏ” JANRININ FARS DİLİNDƏ İLK ÖRNƏYİ “İSKƏNDƏRNAMƏ” ƏSƏRİNDƏ MÜŞAHİDƏ OLUNUR

28.04.21. Oxunma sayı: 497 TƏDBİRLƏR / NİZAMİ-880
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Nəzakət Məmmədli Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş respublika elmi konfransında “Nizaminin “İskəndərnamə” əsərində saqinamələr” mövzusunda məruzə ilə çıxış edib.
Alim qeyd edib ki, “Saqinamə” janrı ərəb ədəbiyyatında geniş yayılsa da fars dilində ilkörnəyi Nizami Gəncəvinin “İskəndərnamə” əsərində müşahidə olunur. “Şərəfnamə”də başlıqların əvvəlində verilən, əsasən iki beytlik şeir parçaları, “Biya saqi” müraciəti ilə başlayır. Mey, şərab, məst, xərab, xərabat sözlərindən istifadə edən şair, bu sözlərin təsəvvüfi mənasına işarə edir. Şairin saqidən istədiyi şərab, insanı sərxoş etmir, dindən, şəriətdən uzaqlaşdırmır, əksinə behiştə layiq edir. Bu elə şərabdır ki, heç bir məzhəb onu haram qılmamışdır: “Şairin “Saqinamə”ləri məhz “İskəndərnamə” əsərində verməsi də təsadüfi deyil. Nizami, İs­kən­də­ri “Al­lah və pey­ğəm­bər” di­ni­ni ya­yan, tovhidi təb­liğ edən bir şəxs ki­mi ver­mək­lə, döv­rü­nün tə­səv­vü­fi gö­rüş­lə­ri­nə uy­ğun ola­raq Hə­qi­qə­ti-Mə­həm­mə­diy­yə və Nuri-Məhəmmədiyyə ide­yalarını təs­diq­lə­miş olur”.
Nəzakət Məmmədli vurğulayıb ki, “Nə­ha­yət, ge­cə­nin qa­ran­lı­ğın­da onu hə­yat çeş­mə­si kim tap­dım… Bu bir xə­zi­nə­dir, onu ne­cə açım ki, giz­li tap­dım” - de­yən Ni­za­mi­nin saqidən tələb etdiyi, “dirilik suyu” adlandırdığı, dörd məzhəbdə də halal olan şərab, insanın əbədi həyatını təmin edən və onu ölümsüzlüyə qovuşduran ilahi eşq və saf bir imandır.
Məruzə ali müəssisənin tələbə və müəllim heyəti, həmçinin alim və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR:

24.04.21 ALİMLƏRİMİZ “ƏDƏBİYYATDA QARABAĞ MÖVZUSU” ADLI RESPUBLİKA ELMİ KONFRANSINDA MƏRUZƏ EDİB
03.03.21 YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla