OXŞAR XƏBƏRLƏR:
ALİMLƏRİMİZ “ƏDƏBİYYATDA QARABAĞ MÖVZUSU” ADLI RESPUBLİKA ELMİ KONFRANSINDA MƏRUZƏ EDİB
24.04.21. Oxunma sayı: 1 111 TƏDBİRLƏR
Bu gün Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Ədəbiyyatda Qarabağ mövzusu” adlı Respublika elmi konfransı keçirilib. Onlayn formada baş tutan konfransda müxtəlif elmi qurumlar və ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları da iştirak edib. Alimlərimiz konfransda maraq doğuran və aktual mövzularda məruzələrlə çıxış ediblər.
İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov “Siz mühasirədəsiniz, leytenant” romanı I Qarabağ müharibəsindən sonra yaranan ədəbiyyat nümunəsi kimi” adlı məruzəsində qeyd edib ki, Qarabağ savaşının birinci və ya ikinci mərhələsindən asılı olmayaraq, Azərbaycan üçün o hər zaman Vətən müharibəsi oldu. İgidlərimiz həm 90-cı illərdə, həm 2016-cı ilin aprelində, eləcə də 2020-ci ilin iyulunda və sentyabr-noyabr aylarında öz ata-baba torpaqlarında işğala son vermək üçün savaşdı. Nəhayət, haqq öz yerini tapdı, dünya kimin işğalçı, kimin işğala məruz qalan tərəf olduğunu tanımağa məcbur oldu.
Qarabağ mövzusunun hələ uzun illər bədii ədəbiyyatın, xüsusən də milli ədəbiyyatımızın aparıcı mövzusu olacağını ifadə edən Ə.Nəcəfov Vətən müharibəsinə qədərki və qələbədən sonrakı ədəbi mərhələlərdən söz açıb. Real tarixin ilk növbədə bədii ədəbiyyat səhifələrində yaşadığını vurğulayan məruzəçi Etibar Muradxanlının “Siz mühasirədəsiniz, leytenant” romanının belə nadir fabulası olan bədii nəsr nümunələrindən olduğunu vurğulayıb. Bildirib ki, ilk dəfə 2009-cu ildə nəşr olunan əsərdə 1992-ci ilin qanlı hadisələrindən, I Qarabağ müharibəsinin faciələrindən bəhs edilir. Döyüş səhnələrinin cərəyan etdiyi əsas məkan isə Ağdam rayonunun Naxçıvanik, Pircamal, Abdal-Gülablı, Ağdərə rayonunun Canyataq və Gülyataq, Xocalı rayonunun Aranzəmin kəndlərinin ərazisidir. Yazıçının “Tələbə taqımı”, “282-ci adam”, “Şeytan balası” kimi kitablarından söz açan məruzəçi qeyd edib ki, əsərlərində müharibə mövzusu aparıcı mövqedə olan E.Muradxanlı sözügedən romanda həm ön, həm də arxa cəbhədə baş verən faciələri əlaqəli şəkildə təsvir etmə baxımından diqqəti cəlb edir. Müharibə iştirakçılarının xatirələri əsasında təsvir edilən döyüş səhnələrində müəllif tarixi faktları bədii təxəyyül fonunda yüksək peşəkarlıqla təqdim edir: “Hərbi terminologiyadan məharətlə istifadə edən E. Muradxanlı I Qarabağ müharibəsi illərində Azərbaycan Dövlət Televiziyasının hərbi jurnalisti kimi fəaliyyət göstərib və ən qaynar nöqtələrdə olub, bir əlində silah, digərində qələm döyüş bölgəsini səngər-səngər gəzib. “Siz mühasirədəsiniz, leytenant” romanında Gültəkinin (Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova) şücaətinin təsvir olunduğu parçada tarixi hadisə bədii həqiqət kimi əfsanələşmiş variantda təqdim olunur. Bu səhnə o qədər canlı yaradılıb, detallarına qədər dəqiq işlənib ki, fədakarlığın, qəhrəmanlığın milli qeyrət ilə yoğrulduğunu təqdim edən ümumi süjetin bu parçası “Gültəkin qayası” əfsanəsi adını daşıya biləcək bitkin əsər təsiri bağışlayır”.
Alim, həmçinin romanda cərəyan edən hadisələrin baş verdiyi coğrafi ərazi, döyüşlərin gedişatı, əsgərlərin psixoloji vəziyyəti, hərbi əməliyyatlar zamanı arxa cəbhədəki vəziyyətin real tarixə söykəndiyini ifadə edib.
İnstitutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Nəzakət Məmmədli “Mir Həmzə Seyyid Nigari yaradıcılığında Qarabağ mövzusu” sərlövhəli məruzəsində qeyd edib ki, böyük mütəsəvvif şair, alim, övliya Qarabağlı Mir Həmzə Seyyid Nigari Həzrətləri özündən sonra zəngin bədii irs qoymuşdur. Onun türkcə və farsca iki böyük həcmli divanı, “Saqinamə” “Çaynamə”, “Nigarnamə”, “Həştbehiştnamə” və s. əsərləri təsəvvüf ədəbiyyatının ən gözəl örnəklərindəndir. Şeirlərində ilahi eşq, Əhli-Beyt sevgisi, vətən həsrəti tərənnüm edilir: “Qarabağ mövzusu Nigarinin bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Qarabağ məhəbbəti, Qarabağ həsrəti Nigarinin şeirlərində tez-tez müraciət etdiyi mövzulardandır. Şair Qarabağı ilahi mərifətə çatma məqamı, səadətlərin məcmuyu, eşq xəzinəsi adlandırır, onun qeyri-adi təbii gözəlliklərini və mənəvi xüsusiyyətlərini mədh etməkdən yorulmurdu. Şairin Azərbaycan türkcəsində yazdığı məşhur divanındakı Qarabağa həsr edilmiş tərcibəndi onun bu mövzuda yazdığı şeirlərin ən məşhurudur. Bu şeirdə Qarabağın təbiət gözəllikləri ilə yanaşı, onun mənəvi mahiyyəti də öz əksini tapmışdır”.
N.Məmmədli çıxışının sonunda qeyd edib ki, xüsusi kəramətlərə malik övliya olan Mir Həmzə Seyyid Nigari Qarabağın müqəddəs bir yer, qiymətli bir məqam olduğunu bilirdi. Ona görə də Qarabağı belə şövq və eşqlə mədh edirdi.
İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aynur Nəcəfova “Qarabağ həqiqətləri bədii publisistikamızda” mövzulu məruzəsində bildirib ki, uzun illər çiyinlərimizdə daşıdığımız Qarabağ yükü 2020-ci ildə zəfərlə başa çatan Vətən müharibəsindən sonra nəhayət ki, öz həllini tapdı. Əzəli torpaqlarımıza qayıtmaq üçün gəldiyimiz daşlı-kəsəkli, tikanlı, qaçqınlı-köçkünlü yolda Qarabağsız qarabağlılar doğuldu. Onlara gülşəni xarabazara çevrilən, məscidi donuz yatağı, kəndi yerlə yeksan olan Vətəndən, onun suyundan, havasından, çiçəyindən, xalısından layla dedik: “Təkcə ədəbiyyatda deyil, publisistikada da Qarabağ mövzusu bütün mövzulardan öndə gəlirdi. Bu illərdə qələmə alınanlar arasında daha çox diqqətimizi çəkən əsirlikdə olan insanların müsahibələri, ədalətsiz müharibənin canlı şahidlərinin ağrılı söhbətləri idi. Söz açılan erməni vəhşiliyindən, həmvətənlərimizin başına gətirilən müsibətlərdən sonra barmaqlarımızı coxdan sıxıb yumruğa döndərmişdik. Dürdanənin, Valehin, Müşfiqin və yüzlərlə əsir düşmüş həmvətənlərimizin başına gətirilənləri xatırladıqca bu yumruq ildən-ilə möhkəmlənirdi”.
Məruzəçi illər əvvəl jurnalist Vüsalə Məmmədovanın qələmə aldığı “Cəhənnəmdə böyük çığırtı”, “Əsir düşərgəsi” əsərlərində təvir olunan erməni qəsbkarlarının Azərbaycanlı əsirlərə, xüsusən də qadınlara yaşatdığı işgəncələrin, zülmün yaddaşlarda dərin izlər buraxdığını vurğulayıb: “Bir-birindən daha vəhşi, daha amansız yeni-yeni erməni sifətlərinin əks olunduğu əsərlərdə qadınlarımıza qarşı törədilən cinayətlərin baş verdiyi Şuşa türməsində baş verənləri oxuduqca adamın qanı donur. Ölümcül vəziyyətə salınan əsirlər hər gün insanlığa sığmayan işgəncələrə məruz qalırdılar.
Bu gün biz erməni əsirliyində nələrin baş verdiyini məhz möcüzə nəticəsində sağ qalanların sayəsində öyrənə bildik. Onları tanıdıq, sevdik və gücünə heyran qaldıq!”
Çıxışının sonunda A.Nəcəfova qeyd edib ki, məhz ərsəyə gələn əsərlər sayəsində “o dünyanı görüb gələnlər” heç nəyi gizlətmədən, bütün çılpaqlığı ilə bizlər üçün danışdılar.
İnstitutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Səbinə Əhmədova “Firudin bəy Köçərli və Qarabağ ədəbi mühiti” başlıqlı məruzəsində qeyd edib ki, XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Qarabağ ədəbi-mədəni mühitində Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir bəy Hacıbəyov kimi maarifçi-publisistlər öz yazılarında real hadisələri obyektiv, dövrün mədəni tələbatına müvafiq, milli ruhda, milli zəmində əks etdirmişlər. Əsasən nəsr və dramaturgiya ilə məşğul olan bu maarifçi-publisistlərin çıxışlarının əsas ideyasını milli-özünüdərk məsələsi təşkil edirdi: “Bədii ədəbiyyatın hansı janrında yazmaqlarılna və yaxud mətbuatda hansı mövzuda çıxış etməklərinə baxmayaraq, onların yaradıcılığının əsas qayəsini xalqımaarifləndirmək, cəhalətlə mübarizə aparmaq, dostu ilə düşmənini tanıtmaq, eyni zamanda elmə, təhsilə səsləmək idi. Xalqa qaranlıq olan çox şeyləri anlatmış, bir sıra həqiqətləri başa salmış sənətkarların arasında Azərbaycan ədəbiyyatı tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin özünəməxsus yeri var. Milli sənət xəzinəmizə dəyərli töhfələr bəxş etmiş alimin publisistikası gələcək nəsillərə örnək olmuşdur”.
Məruzəçi, həmçinin Qarabağın siyasi, iqtisadi, sosial ədəbi-mədəni mühitinin dünya sivilizasiyası ilə ayaqlaşmasından bəhs edib. Qarabağ ziyalılarının Azərbaycanın digər regionlarında yaşayan maarifpərvərləri ilə görüşləri, məktublaşması, Qafqazın və Türk dünyasının tanınmış şəxsiyyətləri ilə əlaqəsindən söz açıb. Burada boya-başa çatan gənclərin sonradan elmi biliklərini Rusiya və Avropada artırmaları qarabağlı ziyalıların timsalında Şərq və Qərb təfəkkürünün mürəkkəb sintezinin formalaşmasına səbəb olduğunu ifadə edib.
Konfransda institut əməkdaşlarının təqdim etdiyi ədəbiyyatımızda əks olunan Qarabağ mövzusuna dair məruzələr böyük maraqla qarşılanıb, onlara ümvanlanan suallar cavablandırılıb.

27.03.21
ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
03.03.21
YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
27.12.20
AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB