OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTU UNESCO İLƏ 2002-Cİ İLDƏN ETİBARƏN ƏMƏKDAŞLIQ EDİR
18.02.21. Oxunma sayı: 442 MEDİA / PUBLİSİSTİKA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu UNESCO (Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) ilə 2002-ci ildən etibarən rəsmi əməkdaşlıq edir. Bu əlaqələr çərçivəsində 2005-ci ildə artıq orta əsr Şərq alimlərinin tibb və farmakologiyaya aid üç əsərinin əlyazmaları beynəlxalq təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilib.
2017-ci ildə isə Azərbaycan ədəbiyyatı tarixində divan janrının görkəmli nümayəndəsi, şair, mütəfəkkir və filosof Məhəmməd Füzulinin ən qədim türkdilli nüsxəsi, vəfatından bir neçə il əvvəl ana dilində qələmə aldığı “Divan”ının nüsxəsi də həmin beynəlxalq qeyri-maddi yaddaş reyestrinə daxil edilib. Bundan əlavə, onun tənqidi mətninin hazırlanması zamanı digər nüsxələrlə, məsələn Londonda saxlanılan nüsxə ilə müqayisə edilərkən bu nüsxədən də istifadə olunub.
Bu haqda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Mədəniyyət televiziyasına müsahibəsində ətraflı məlumat verib. İnstitutun direktoru, akademik Teymur Kərimlinin 2018-ci ildə UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri seçildikdən sonra təşkilatla əlaqələrin daha da genişləndiyini vurğulayıb. Alim Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının “Dünya yaddaşı” reyestrinə daxil edilməsi ilə bağlı qəbul olunan ilkin qərarı da diqqətə çatdırıb.
Həmin müsahibəni buradan izləmək mümkündür.

12.10.20
NƏRİMAN NƏRİMANOV “TİBB VƏ İSLAM” ƏSƏRİ ƏLYAZMALAR XƏZİNƏSİNDƏ
24.09.20
ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20
KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
22.11.19
AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19
AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA