“XƏMSƏ”NİN ƏN QƏDİM ƏLYAZMASI 1318-Cİ İLƏ AİDDİR » Əlyazmalar İnstitutu



“XƏMSƏ”NİN ƏN QƏDİM ƏLYAZMASI 1318-Cİ İLƏ AİDDİR

15.02.21. Oxunma sayı: 315 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
Bu il qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dahi şairin zəngin yaradıcılığının bəşər mədəniyyətinə böyük töhfə olması nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Cari ildə bu istiqamətdə əhəmiyyətli layihələrin həyata keçirilməsi, dahi şairin irsinin daha geniş tədqiq edilərək ölkəmizdə və xaricdə geniş təbliğ olunması nəzərdə tutulub.
Söz səltənəti xaqanının irsinin öyrənilməsi, əsərlərinin dünyanın müxtəlif məşhur kitabxana və muzeylərində saxlanılan əlyazmalarının araşdırılmasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alim və mütəxəssisləri yaxından iştirak edir. Bu haqda institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Mədəniyyət” qəzetinə məlumat verib. Alim qeyd edib ki, Əlyazmalar İnstitutunda Nizami əlyazmalarının 27 nüsxəsi saxlanılır. Onlardan 8-i öz qədimliyinə, keyfiyyətinə, daha çox əsərləri əhatə etməsinə görə ən dəyərlisi hesab edilir. 27 nüsxənin təxminən 11-i isə “Xəmsə” ilə bağlıdır.  
Həmin müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR:

12.02.21 DAHİ NİZAMİNİN “XƏMSƏ”SİNİN AKADEMİK NƏŞRİ, ELMİ-TƏNQİDİ MƏTNLƏRİ ƏRSƏYƏ GƏTİRİLƏCƏK
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla