OXŞAR XƏBƏRLƏR:
NİZAMİNİN ƏSƏRLƏRİNDƏ TÜRKLÜYƏ RƏĞBƏT MƏSƏLƏSİ M.Ə.RƏSULZADƏ TƏRƏFİNDƏN ÜZƏ ÇIXARILIB
31.01.21. Oxunma sayı: 455 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
“Kitabımızın müəyyən bir bölməsində təfsilatı ilə təkrar edəcəyimiz gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə - türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük dünyasına Türküstan deyən bir şairə hansı azğın o, türk deyildir deyə bilər?” Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə yazdığı və ilk dəfə on il sonra 1951-ci ildə Ankarada nəşr olunan “Azərbaycan şairi Nizami” monoqrafiyası bu sual ilə başlayır. Nizami haqqında yazılmış qiymətli elmi əsərlərdən biri olan bu monoqrafiyada Nizaminin türk əsilli azərbaycanlı olduğu şairin əsərlərindəki faktlarla sübut edilir.
Bu fikri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Azərbaycan radiosuna müsahibəsində səsləndirib. Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığından, apardığı araşdırmalardan söz açan alim bildirib ki, milli maraqların təntənəsi uğrunda yorulmadan mübarizə aparan böyük ictimai xadim həm də orijinal elmi mülahizələri ilə seçilən ədəbiyyatşünas idi. Alimin tədqiqat obyektlərindən biri məhz Nizami, onun həyat və yaradıcılığını əhatə edir.
Əzizağa Nəcəfov qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə dahi şairin bir sıra əsərlərində dünya xalqlarının mədəniyyəti, folkloru və s. ilə bağlı məqamların yer almasına baxmayaraq, dünya haqqında düşüncələrində türk təfəkkürünün açıq-aydın göründüyünü məharətlə nəzərə çatdırıb. Nizaminin əsərlərində türklüyə rəğbət məsələsi də məhz onun tərəfindən elmi əsaslarla üzə çıxarılıb.
Azərbaycan Radiosunun “Şəbəkə” verilişində təqdim olunan həmin müsahibə ilə buradan tanış ola bilərsiniz.

24.09.20
ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20
KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20
QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
22.11.19
AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19
AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA