OXŞAR XƏBƏRLƏR:
AKADEMİK TEYMUR KƏRİMLİNİN MƏQALƏSİ NÜFUZLU AVROPA DƏRGİSİNDƏ ÇAP OLUNUB
30.10.20. Oxunma sayı: 506 NƏŞRLƏR
Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən İsveçrənin məşhur “Peter Lanq” elmi nəşriyyatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Çağdaş dövrdə Nizami mədəni irsinin şərhi” adlı məqalələr toplusu çap edib. Qeyd edək ki, bu toplu dünyanın ən nüfuzlu alimlərinin Nizami yaradıcılığı haqqındakı araşdırmalarının yer aldığı ilk ingilisdilli elmi nəşrdir.
Topluda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami və Şekspirdə şərlə mübarizə: ədəbi xarakterlərin (Məcnun, Bəhram və Hamlet) inkişaf tipologiyası” başlıqlı araşdırması dərc olunub. Məqalədə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi Gözəl” poemaları və Uilyam Şekspirin “Hamlet” əsərində şər qüvvəyə qarşı mübarizə aparan bədii obrazların müqayisəsi aparılıb. Müəllif ayrı-ayrı yüzilliklərdə yaşamış iki böyük şairin ədəbi qəhrəmanları arasındakı oxşarlığın Şərq və Qərb mədəni modellərinin bir-birinə sıx bağlılığından qaynaqlandığını sübut edib. T.Kərimli məqaləsində bugünkü qloballaşma prosesinin və mədəniyyətlərarası dialoqların həmin oxşarlığın təbii davamı və inkişafı kimi görülməsinin vacibliyini vurğulayıb.

27.12.19
NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
01.02.19
NİZAMİ GƏNCƏVİNİN “LEYLİ VƏ MƏCNUN” POEMASI NƏFİS ŞƏKİLDƏ ÇAPDAN ÇIXIB
01.10.18
NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” POEMASI NƏFİS ŞƏKİLDƏ NƏŞR OLUNUB
19.07.18
“AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA” MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSIN MATERİALLARI ÇAP OLUNUB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB