Seyfəddin Mənsim oğlu sənətkardır. Sənətkar olmaqdan ötrü gərək sənətin olsun.
Sənət istedadların zəhməti ilə təsdiq olunan nəticədir.
İstedad yanğıdır, od görünüşlüdür. İstedad sənətin varlığına hopduqca qeyri-adi görkəmdə təzahür edir.
Yeni biçimdə, yeni donda görünən əsərlər istedadın və sənətin zəhmət sayəsində üzə çıxmasıdır.
Zəhmətsiz və istedadsız sənət yoxdur.
Seyfəddin Mənsim oğlu...İndi bu adı Azərbaycandakı elmi, mədəni və mənəvi mühitdə olduğu qədər, bəlkə, olduğundan da daha çox onu Avropada və Şərqdə tanıyırlar.
Dünya mənəvi mühitinin iki qütbü var: Qərb və Şərq.
Şərq ona görə Seyfəddin Mənsim oğlunu tanıyır ki, özünü onun sənətində görə bilir.
...Və bir daha XXI əsrin dünya tarixi dəyərlərinə saymazyana keçdiyi bir zamanda Seyfəddin Mənsim oğlunun əsərləri Şərqi idealizə edir.
...Və bir daha inanır ki, onun yaratdığı dəyərlər – Şərqin qəlbə hissiyyat, qəlbə kövrəklik, qəlbə insanilik aşılamaq istədiyi duyğular insan əlinin cizgiləri ilə əbədiləşə bilir.
Seyfəddin Mənsim oğlunun əsərlərində məna kəsb edən cizgilər yalnız klassiklərin fikir və düşüncələrindən ibarət deyil, bu cizgilərin içində ifadə olunmuş yazılar bəşər nəslinin alın yazıları kimi görünür.
...Və məhz buna görə Şərq Seyfəddin Mənsim oğlunun sənətinə insan əməlindən daha üstün görüntülər kimi baxır.
Şərq hissiyyatının və qəlbinin möcüzəsi kimi görünən Seyfəddin Mənsimoğlu sənəti Qərbi heyran edir. Və bu heyranlığın mərkəzində insan düşüncəsinin sonsuzluğu dayanır.
Seyfəddin Mənsim oğlunun sənətində məhz insan düşüncəsi ona görə heyranedicidir ki, istər Qərb, istərsə də Şərq öz istəklərini onda tapa bilir.
Şərq Seyfəddin Mənsim oğlunun sənətində özünü görür.
Qərb ağac üzərində, oyma ağac üzərində düşüncə yaratma ustadı Seyfəddin Mənsim oğlunun sənətində insaniliyin sonsuzluğunu görür.
Seyfəddin Mənsim oğlu dünya mənəvi mühitinə Azərbaycan ədəbi-mənəvi mühitinin içindən keçib gedir. O, özünün düşüncə intəhasızlığını, fikir hüdudlarının sonsuzluğunu Azərbaycan ədəbi düşüncəsinin sonsuzluq axarı ilə birləşdirə bilir.
“Dədə Qorqud” obrazında Seyfəddin Mənsim oğlu Azərbaycan mənəvi fikrinin, müdrikliyinin obrazını və sanki həm də özünün avtoportretini yaradır.
Sənətkar o vaxt böyükdür ki, özünün mənəvi mühitində, varlığında xalqının tarixini, kimliyini, bütövlüyünü, mahiyyətini cəmləşdirə bilir.
Və Seyfəddin Mənsim oğlu bu gün həm Qərbin, həm də Şərqin düşüncə mərkəzində ona görə diqqətdə dayana bilir ki, o təkcə özü deyil, həm də mənsub olduğu xalqdır.
O, Nizamidir, Məhsəti Gəncəvidir, Mövlanə Cəlaləddin Rumidir, Nəsimidir, Xətaidir, Füzulidir...Şəhriyardır...bir sözlə, Azərbaycan haqqında bütün toplumun siyasi, ictimai, mənəvi mühitin dünyaya deyə biləcəklərinin hamısıdır.
Seyfəddin Mənsim oğlu bu gün Azərbaycana nankorluqla baxan İslam aləminin ən sağlam düşüncələrini dünyaya çatdırmaq yolunda öz sənəti ilə əvəzolunmaz xidmətlər göstərir.
Bilmirəm, sənətkarın yaşı var, ya yox?
Həqiqi sənətkar üçün təltif var, ya yox?
Şəxsiyyətlər üçün təriflər nə dərəcədə dəyərlidir, yetərlidir? Bunu da bilmirəm. Amma dünya nemətlərinə təmənnasızlıq gözü ilə yuxarıdan aşağı baxa bilən bir sənətkar varmı sualını verən olsaydı, bəlkə elə birinhci Seyfəddin Mənsim oğlu adı yada düşərdi.
Seyfəddin Mənsim oğlu xarakter təbiəti ilə məktəbdir.
Seyfəddin Mənsim oğlu yaradıcılıq etibarı ilə məktəbdir.
Seyfəddin Mənsim oğlu sənət genetikası ilə Azərbaycan düşüncəsində əbədi yaşarılıq məktəbidir.
Seyfəddin Mənsim oğlu məktəbinin ilk və ən uğurlu müdavimlərindən biri oğlu Fəxrəddin Vəlidir. Onun ”Boz qurd” obrazlı, türk əzəmətinin tərənnümü baxımından yaratdığı miniatürlər, türk savaş tarixinin tərənnümünə həsr olunmuş şedevrləri türk mədəniyyət tarixinin ən nadir inciləridir. Fəxrəddin Vəlinin (Fəxrəddin Məmmədvəliyevin) insan düşüncəsini heyrətə gətirən əsərləri haqqında daha dolğun və əhatəli məlumatı sənətşünaslıq doktoru, professor Ziyadxan Əliyevin realistik tədqiqat üslubunda yazılmış monoqrafiyasından almaq olar.
Fəxrəddin Vəlinin (Fəxrəddin Məmmədvəliyevin) bir neçə əsəri bəs edir ki, onun Seyfəddin Mənsim oğlu qaynağını görmək mümkün olsun.
Seyfəddin Mənsim oğlu 1936-cı il 10 may tarixində anadan olub. Üzümüzə gələn ilin mayında onun 85 yaşı tamam olur.
Seyfəddin Mənsim oğlu Azərbaycan obrazıdır. ...Və bu gün Seyfəddin Mənsim oğlu obrazını mənsub olduğu mühitə və dünyaya necə və hansı adla təqdim edirik.
Seyfəddin Mənsim oğlu əməkdar mədəniyyət işçisidir. Dünya üzünə səpilmiş milli və dövlətçilik emblemimiz olan səfirliklər onun əsərlərini Azərbaycan ünvanı kimi təqdim edir.
Biz Seyfəddin Mənsim oğlunu qədrincə tanıyır və onun qayğısını çəkə bilirikmi?
OXŞAR XƏBƏRLƏR:
SƏNƏTİN HƏYAT İŞIĞI
26.10.20. Oxunma sayı: 501 MEDİA / PUBLİSİSTİKAMən varam, yaşamışam, əməlim, sənətim var,
Dünya baxsa görər ki, hünərim, heyrətim var.
Seyfəddin Mənsimoğlunun sənət möcüzəsi
İstedad yanğıdır
İnsanlar arasında böyük-kiçik yeri bil!
Könüllərə dərmanı halal zəhmət təri bil!
Sözü üzə deməyi, doğru, düzü deməyi,
Kişilik qeyrəti bil, ləyaqət hünəri bil!
Müəllif

Əli Rza Xələfli
“Kredo” qəzeti
14.10.2020
24.07.20
KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20
QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
04.04.20
AKADEMİK TEYMUR KƏRİMLİ: “ÇALIŞIRAM Kİ, İNSANLARIN ÜRƏYİNDƏ MİLLİLİYİN SÖNMƏSİNƏ İMKAN VERMƏYİM”
30.01.20
ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
06.03.19
AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA