ƏLYAZMALAR İNSTİTUTU MORİS TOREZ ADINA RUSİYA DÖVLƏT DİLLƏR İNSTİTUTUNUN YUBİLEY KONFRANSINDA TƏMSİL OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTU MORİS TOREZ ADINA RUSİYA DÖVLƏT DİLLƏR İNSTİTUTUNUN YUBİLEY KONFRANSINDA TƏMSİL OLUNUB

22.10.20. Oxunma sayı: 481 TƏDBİRLƏR
2020-ci il 15-17 oktyabr tarixlərində Moskva Dövlət Linqvistika Universitetinin (Moris Torez adına Rusiya Dövlət Dillər İnstitutunun) 90 illik yubileyi münasibətilə “Asiya və Afrika ölkələrinin dilləri və mədəniyyətləri” adlı onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbir çərçivəsində aşağıdakı mövzular üzrə məruzələr dinlənilib: ədəbiyyatşünaslıq, dilçilik, tarixşünaslıq, tərcümə, tərcüməşünaslıq, linqvodidaktika, linqvokulturologiya, linqvotexnologiyalar, linqvo-ölkəşünaslıq, mədəniyyətşünaslıq və s.
Konfransda Azərbaycan, İsrail, Polşa, Rusiya, Sloveniya, Çexiya, Fransa, Belarus, Koreya və başqa ölkələrin elm və təhsil mütəxəssisləri, alimləri, yazıçıları, tərcüməçiləri, tanınmış ictimai xadimləri iştirak ediblər. Ölkəmizi sözügedən tədbirdə AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov təmsil edib. O, konfrans iştirakçılarını İnstitutun arxivüşünaslıq, əlyazmaşünaslıq, bərpaşünaslıq və kitabşünaslıq fəaliyyətləri ilə tanış edib.
OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla