İNSTİTUTUN ALİMİ YUNESKO-nun SERTİFİKATINA LAYİQ GÖRÜLÜB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


İNSTİTUTUN ALİMİ YUNESKO-nun SERTİFİKATINA LAYİQ GÖRÜLÜB

06.10.20. Oxunma sayı: 454 NAİLİYYƏTLƏR
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO) bu müəssisə ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında elmi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə, eləcə də bu ilin 27 iyul-21 avqust tarixlərində YUNESKO-nun Cənubi Koreya Milli Komitəsinin təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirlərdə yaxından iştirakına görə İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovaya xüsusi sertifikat təqdim edib. Hazırda N.Babaxanova Azərbaycana aid qədim və unikal əlyazmaların YUNESKO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsi üzrə aparılan danışıqlarda və kitab abidələrinin beynəlxalq təqdimatında İnstitutun səlahiyyətli nümayəndəsi kimi çıxış edir və sözügedən qurumla kommunikasiyaları uğurlu şəkildə davam etdirir. Xatırladaq ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə YUNESKO arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq nəticəsində İnstitutda qorunan bir neçə qədim əlyazma YUNESKO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilərək beynəlxalq əqli mülkiyyət hüququ obyektinə çevrilib.
OXŞAR XƏBƏRLƏR:

13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
16.10.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSIN SERTİFİKATINA LAYİQ GÖRÜLÜB
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB
29.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİNİN SƏDRİ TƏLTİF OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla