OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
18.09.20. Oxunma sayı: 696 ELANLAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planı”na əsasən (Planı yüklə) 2020-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir:
3355.01-Dokumentalistika, sənədşünaslıq və arxivşünaslıq (tarix, filologiya)
3356.01-Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq
5501.01-Tərcümeyi-hallar
5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları
5721.01-Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması)
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 14 sentyabr - 7 oktyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etmiş), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.
Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təqdim olunmalıdır:
- elmi müəssisənin direktorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (IELTS, TOEFL, TestDaf, DALF) əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdiriləcək.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təqdim olunmalıdır:

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

Əlavə məlumat üçün İnstitutun Təhsil şöbəsi ilə əlaqə saxlayın:
Əlaqə telefonları: (+994 12) 4971968
E-mail: info@manuscript.az
Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

01.08.20
ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİYİ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK
28.07.20
ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
09.12.19
ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
03.12.19
ƏLYAZMALAR İNSTİTUTU VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR
11.12.18
İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR