OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
28.07.20. Oxunma sayı: 809 ELANLAR
AMEA Rəyasət Heyətinin qərarı ilə 2020-ci ilin oktyabr ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi qeyd olunacaq.
1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında yaradılan Əlyazmalar İnstitutu yazılı abidələrin toplanılması, mühafizəsi, tədqiqi və nəşrə hazırlanması sahəsində misilsiz xidmətlər göstərib. Dünyanın ən zəngin kitab xəzinələrindən biri olan Əlyazmalar İnstitutunda tibb, mineralogiya, astronomiya, riyaziyyat, hüquqşünaslıq, tarix, coğrafiya, fəlsəfə, qrammatika, poetika və digər sahələri əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə nadir əlyazma kolleksiyaları mühafizə olunur. IX əsrə aid dəri üzərində yazılmış Quranın “Ən-Nisa” surəsi institutda mühafizə olunan ən qədim əlyazma nümunəsidir. İnstitutda həmçinin XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, əski çap kitabları, mikrofilmlər, fotosurətlər və s. materiallar saxlanılmaqdadır. İnstitutun fondunda saxlanılan əlyazma, sənəd, arxiv materialları, əski çap kitabları və mətbuat nümunələrinin ümumi sayı 40 mindən çoxdur.
Əlyazmalar İnstitutunda yüksək səviyyəli əlyazmaşünas alimlər, mütəxəssislər fəaliyyət göstərir. Hər il institutda onlarla kitab, monoqrafiya və elmi məqalə çap olunur. Müəssisənin alim və tədqiqatçıları hər il ölkədə və xaricdə keçirilən nüfuzlu elmi tədbirlərdə iştirak edirlər. İnstitutun fəaliyyəti yerli və xarici mütəxəssislərin daim diqqət mərkəzində olub. Mütəmadi olaraq institutu yerli və xarici qonaqlar ziyarət edir, tələbələr burada elmi təcrübə keçirlər.
Əlyazmalar İnstitutunda dünya standartlarına uyğun şəkildə əlyazma abidələrinin elektronlaşdırılması işi həyata keçirilir. Bundan başqa əlyazmaların elektron kataloqu və elektron kitabxanası yaradılıb.
Əlyazmalar İnstitutu fəaliyyəti boyu nüfuzlu xarici ölkə kitabxanaları və elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələr qurub və bu istiqamətdə əməkdaşlıq davam etməkdədir.
Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Universiteti nəzdindəki Beynəlxalq İslam Əlyazmaları Assosiasiyasının və ABŞ-da yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinin üzvüdür.
2005 və 2017-ci illərdə institutda mühafizə olunan 4 unikal əlyazma YUNESKO-nun Dünyanın Yaddaşı Proqramının reyestrinə daxil edilib.
İnstitut tərəfindən hər il mütəmadi olaraq 3 məcmuə (“Filologiya məsələləri”, “Əlyazmalar yanmır”, “Elmi əsərlər”) nəşr edilir.
Əlyazmalar İnstitutunda 12 elmi tədqiqat şöbəsi, 1 elmi tədqiqat laboratoriyası və 5 inzibati şöbə fəaliyyət göstərir.
Əlyazmalar İnstitutunun 70 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış qərarın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə olunub.

26.03.20
ƏLYAZMALAR İNSTİTUTUNUN ONLINE XİDMƏTLƏRİ HAQQINDA ANONS!
09.12.19
ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
09.04.19
“YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLƏCƏK
12.02.19
AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.12.18
İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR