ƏLYAZMALAR İNSTİTUTUNDA “GƏNCƏ HÖKMDARI CAVAD XAN VƏ ZİYADOĞLU-QACAR NƏSLİ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNDA “GƏNCƏ HÖKMDARI CAVAD XAN VƏ ZİYADOĞLU-QACAR NƏSLİ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

23.06.20. Oxunma sayı: 507 NƏŞRLƏR
AMEA-nın Gəncə Bölməsi və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə ərsəyə gələn kitabın tərtibçisi Əlyazmalar İstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır. O, həmçinin kitabda yer alan farsdilli mətnin tərcüməçisi, şərhlərin və ön sözün müəllifidir. Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli nəşrin rəyçisidir.
Kitabda Ziyadoğlu-Qacarlar nəsli və onun görkəmli nümayəndəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan haqqında tarixi mənbələrə əsaslanan məlumatlar – Cavad xanın əcdadları və nəvə-nəticələri, Gəncə uğrunda onun işğalçılara qarşı göstərdiyi şücaətlər və digər maraqlı faktlar təqdim olunub.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
04.10.18 FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB
21.05.18 MİRZƏ BAXIŞ NADİMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” TƏQDİM OLUNDU
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla