OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AZƏRBAYCAN-ÖZBƏKİSTAN DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ DAİR BEYNƏLXALQ KONFRANSADA İŞTİRAK EDİB
16.06.20. Oxunma sayı: 654 TƏDBİRLƏR
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni-ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı onlayn beynəlxalq konfrans keçirilib. Konfransda hər iki ölkənin mədəniyyət və ədəbiyyat sahəsi üzrə dövlət qurumlarının rəhbərləri, alimlər, ziyalılar iştirak ediblər.
Konfransda çıxış edənlər – Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, “Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova və digər iştirakçılar Azərbaycan və Özbəkistan arasındakı tarixi dostluq, qardaşlıq münasibətlərindən, inkişaf edən mədəni-ədəbi əlaqələrdən danışıblar.
Konfransa qatılan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Azərbaycana dair zəngin əlyazmaların saxlanıldığını diqqətə çatdırıb, onların kataloqunun yaradılmasının, gələcəkdə tədqiq edilməsinin vacibliyini bildirib. K.Məmmədzadə Mədəniyyət Mərkəzinə müraciət edərək ədəbiyyat və mədəniyyətin müxtəlif sahələri, aktual problemləri üzrə hər ay belə konfransların keçirilməsini təklif edib.
Konfrans iştirakçıları yekun olaraq ölkələrimiz arasında mədəniyyət sahəsindəki mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr və perspektivlərə dair geniş fikir mübadiləsi aparıblar, gələcək planları müzakirə ediblər.

01.05.20
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
23.01.20
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19
ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18
MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU