OXŞAR XƏBƏRLƏR:
ƏLCƏZAİRİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
16.06.20. Oxunma sayı: 688 GÖRÜŞLƏR
İyunun 16-da Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Səlimə Abdelhaq AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib. Səfiri Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qəbul edib. Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov da görüşdə iştirak edib.
Xanım Abdelhaq bildirib ki, Əlyazmalar İnstitutunun zəngin xəzinəsində çoxlu sayda ərəbdilli əlyazmaların, çap kitablarının qorunması haqqında məlumatı var, lakin onlarla daha yaxından maraqlandığı üçün İnstitutu ziyarət etmək qərarına gəlib.
Akademik Teymur Kərimli əvvəlcə Əlyazmalar İnstitutu haqqında qonağa ümumi məlumat verib və bildirib ki, burada qorunan 12 mindən artıq əlyazmanın içində ərəb ölkələrinin tarixini, coğrafiyasını və digər sahələri əhatə edən dəyərli materiallar da mövcuddur. Akademik onu da əlavə edib ki, həmin mənbələr sayəsində Azərbaycan və ərəb ölkələri arasında tarixi, mədəni əlaqələrin qədimliyini, əhəmiyyətini öyrənmək mümkündür. Bir çox qədim və orta əsr Azərbaycan müəlliflərinin ərəb dilini mükəmməl bildiyini, bu dildə gözəl nümunələr yaratdığını diqqətə çatdıran akademik vurğulayıb ki, YUNESKO-nun Dünya Yaddaşı reyestrinə daxil edilmiş əlyazmalar arasında Əlyazmalar İnstututunda qorunan bir sıra əlyazmalar da var. Azərbaycan şairi Məhəmməd Füzulinin sözügedən reyestrə daxil edilmiş divanı Azərbaycan və fars dilləri ilə yanaşı, ərəb dilində də yazılıb.
Səfir Əlyazmalar İnstitutu ilə Əlcəzairin elmi müəssisələri arasında elmi, mədəni əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Akademik Teymur Kərimli də bu kimi elmi-mədəni işbirliyin vacibliyini vurğulayıb və əlavə edib ki, Əlyazmalar İnstitutu hazırki pandemiya şəraitində də xarici ölkələrin elm və təhsil müəssisələri ilə onlayn şəkildə əlaqələrini davam etdirir. T.Kərimli bildirib ki, İnstitut İordaniya, Misir, Suriya və digər ərəb ölkələrinin müvafiq qurunları ilə sıx əməkdaşlıq edir və Əlcəzairlə də qədim əlyazmaların tədqiqi və mühafizəsi sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədəuyğundur.
Görüşdən sonra səfir Səlimə Abdelhaq institutun ekspozisiya zalı ilə də tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

16.01.19
HAFİZ PAŞAYEV ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB
31.10.18
BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18
TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18
ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18
TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB