ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİNİN BEYNƏLXALQ TƏQDİMATI HƏYATA KEÇİRİLİR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİNİN BEYNƏLXALQ TƏQDİMATI HƏYATA KEÇİRİLİR

01.06.20. Oxunma sayı: 697 NAİLİYYƏTLƏR
ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİNİN BEYNƏLXALQ TƏQDİMATI HƏYATA KEÇİRİLİRAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşının son illərdə nəşr olunmuş kitabları haqqında məlumat “Yaxşı mütaliə” (ing. – Goodreads) beynəlxalq kitab təqdimatı və təhlili platformasına daxil edilib. Bununla da İnstitutun "Çap kitablarının tədqiqi" şöbəsi tərəfindən 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan təqdimat prosesinin I mərhələsinə yekun vurulub. Bu mərhələdə 23 alim-mütəxəssisin 86 kitabı barədə informasiya beynəlxalq ictimaiyyətə təqdim olunub. Cari ilin sonunadək həyata keçiriləcək II mərhələdə İnstitutun digər əməkdaşlarının da nəşrləri beynəlxalq reyestrə daxil ediləcək. III mərhələdə İnstitutun daha əvvəlki illərdə nəşr etdirdiyi 800-ə yaxın əsər “Yaxşı mütaliə” vasitəsilə təbliğ ediləcək. Sonuncu, IV mərhələnin isə davamlı olması nəzərdə tutulur. Həmin mərhələdə İnstitutun yeni nəşrləri mütəmadi şəkildə beynəlxalq reyestrə daxil ediləcək. Məlumat üçün bildirək ki, “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platforması Amazon şirkətinin yaratdığı sosial kataloqlaşdırma sistemidir. 2006-cı ildə yaradılmış platformanın hazırda 90 milyon istifadəçisi var. Burada dünyanın müxtəlif yerlərindən yüz minlərlə müəllifin 2,6 milyon kitabı əks olunub. İndiyədək həmin kitablar haqqında oxucuların 100 milyona yaxın rəyi platformada dərc edilib. “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platformasından Bill Qeyts, Stiven Kinq, Marqaret Etvud, Den Braun kimi tanınmış şəxslər də istifadə edir.
I mərhələdə kitabları qeydiyyatdan keçirilmiş müəlliflər:
  1. Akad. Teymur Kərimli (Goodreads səhifəsinə keçid)
  2. Fil.ü.e.d. Paşa Kərimov (keçid)
  3. Fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli (keçid)
  4. Fil.ü.e.d. Azadə Musayeva (keçid)
  5. Fil.ü.e.d. Kamandar Şərifov (keçid)
  6. Fil.ü.e.d. Nəsib Göyüşov (keçid)
  7. Tarix ü.e.d. Tahirə Həsənzadə (keçid)
  8. Fil.ü.e.d. Raqub Kərimov (keçid)
  9. Tarix ü.e.d. Fərid Ələkbərli (keçid)
  10. Fil.ü.e.d. Nailə Səmədova (keçid)
  11. Fəl.ü.e.d. Zəkiyyə Əbilova (keçid)
  12. Fil.ü.f.d. Əkrəm Bağırov (keçid)
  13. Fil.ü.f.d. Əzizağa Nəcəfov (keçid)
  14. Fil.ü.f.d. Nailə Mustafayeva (keçid)
  15. Tarix ü.f.d. Aynur Hacıqədirli (keçid)
  16. Fil.ü.f.d. Kərimulla Məmmədzadə (keçid)
  17. Firəngiz Hüseynova (keçid)
  18. Zaur Orucov (keçid)
  19. Qutiyera Cəfərova (keçid)
  20. Arif Ramazanov (keçid)
  21. Fil.ü.e.d. Məmməd Adilov (əlavə olaraq) (keçid)
  22. Tarix ü.f.d. Nigar Babaxanova (keçid)
  23. Sayalı Əliyeva (keçid)
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.05.18 MİRZƏ BAXIŞ NADİMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” TƏQDİM OLUNDU
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
01.05.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “MANUSCRİPT” BEYNƏLXALQ ELMİ JURNALI OXUCULARIN İSTİFADƏSİNƏ VERİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla