OXŞAR XƏBƏRLƏR:
“MÜSLİHƏDDİN MUSTAFA SÜRURİ VƏ ONUN “BƏHRÜL-MƏARİF” ƏSƏRİ” ADLI MONOQRAFİYA NƏŞRƏ TƏQDİM OLUNUB
13.05.20. Oxunma sayı: 770 NƏŞRLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadənin “Müslihəddin Mustafa Süruri və onun “Bəhrül-məarif” əsəri” adlı monoqrafiyası nəşrə təqdim edilmişdir.
Monoqrafiyanın elmi redaktoru və “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor Azadə Musayeva, rəyçiləri isə akademik Möhsün Nağısoylu və filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur.
Kitabda Gelibolulu Müslihəddin Mustafa Sürurinin “Bəhrül-məarif” əsəri, konkret olaraq, onun AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma nüsxəsidir. Əsərin ədəbi-tarixi əhəmiyyətini müəyyənləşdirmək üçün bir sıra analoji abidələr, o cümlədən, Əlişir Nəvainin “Mizanül-övzan”, Şərəfəddin Rami Təbrizinin “Həqayiqül-hədayiq” və “Ənisül-üşşaq” əsərləri müqayisəli araşdırmaya cəlb olunmuşdur. Monoqrafiyanın yazılmasında əsas məqsədlərdən biri də Müslihəddin Mustafa Sürurinin “Bəhrül-məarif” əsərini hərtərəfli tədqiq etmək və onun klassik Şərq poetikası baxımından elmi əhəmiyyətini müəyyənləşdirməkdir.

27.12.19
NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19
Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
13.07.18
ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB