OXŞAR XƏBƏRLƏR:
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA “XALQIMIZIN AZADLIQ MÜBARİZƏSİNİN RƏMZİ – 20 YANVAR” ADLI RƏQƏMSAL BAZA HAZIRLANIB
21.01.20. Oxunma sayı: 596 TƏDBİRLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 13 dekabr 2019-cu il tarixli “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncama uyğun olaraq bütün dövlət qurumlarında olduğu kimi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da müvafiq tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də institutun Kitabxana və elmi informasiya şöbəsi tərəfindən “Xalqımızın azadlıq mübarizəsinin rəmzi - 20 Yanvar” adlı rəqəmsal bazanın hazırlanmasıdır.
Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının misilsiz fədakarlıqlarının geniş təbliği məqsədilə hazırlanan rəqəmsal kitabxana layihəsi özündə “20 Yanvar: qəhrəmanlıq salnaməsi” adlı analitik-informasiya bazasını, “Tarixin sınaq məqamı - 20 Yanvar” adlı annotasiyalı elmi-biblioqrafik resursu və “Qürur və şərəf tariximiz” adlı virtual sərgini birləşdirir.
Elektron informasiya axtarış sistemi kimi formalaşdırılan “20 Yanvar: qəhrəmanlıq salnaməsi” adlı analitik-informasiya bazasına Azərbaycan və bir çox əcnəbi dildə nəşr olunmuş 217 adda sənəd-informasiya resursunun (kitab, kataloq, fotoalbom, elektron nəşr və s.) annotasiyalı biblioqrafik təsviri daxil edilib. Bazada həmçinin 69 adda müxtəlif kitab, jurnal və qəzetdə çap edilmiş məqalə də öz əksini tapıb. Oxucuların mövzu ilə bağlı informasiya axtarışının operativliyini təmin etmək məqsədi ilə analitik-informasiya bazası institutun oxu zalında istifadəyə verilib.
Rəqəmsal bazanın “Tarixin sınaq məqamı - 20 Yanvar” adlı annotasiyalı biblioqrafik resursuna ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin - günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsinə həsr olunmuş mənbələr daxil edilib. Biblioqrafik resursda materiallar dillər üzrə, müəllif və sərlövhələrin əlifba sırası ilə xronologiya gözlənilməklə tərtib olunub. Biblioqrafik resursa ümumilikdə Azərbaycan və xarici dillərdə çap edilmiş 286 adda mənbənin annotasiyalı biblioqrafik təsviri daxil edilib.
İnstitut əməkdaşlarınınfaciə ilə bağlı müxtəlif mənbələrlə yaxından tanış olması məqsədilə hazırlanan “Qürur və şərəf tariximiz” adlı virtual sərgiyə rəsmi sənədlər, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, qərarlar, müraciətlər, bəyanatlar, Azərbaycan və digər dillərdə nəşrlər, fotoqalereya və videoqalereya daxil edilib.

22.11.19
HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
12.03.19
NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18
HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
19.01.18
ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB