OXŞAR XƏBƏRLƏR:
AKADEMİK TEYMUR KƏRİMLİ “YADDAŞ” VERİLİŞİNDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRDƏN BƏHS AÇIB
12.01.20. Oxunma sayı: 582 MEDİA / PUBLİSİSTİKA
Mədəniyyət telekanalında yazıçı-publisist Yunus Oğuzun aparıcılıq etdiyi “Yaddaş” elmi-publisistik verilişinin bu dəfə toxunduğu mövzu milli kimlik, maddi-mənəvi dəyərlərin gələcəyə daşınması, dilin bu istiqamətdəki əhəmiyyəti məsələlərinin müzakirəsi olub.
Verilişin qonağı olan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli keçmişlə gələcəyin vəhdətində gəncliyimizin milli-mənəvi dəyərlərə doğru şəkildə sahib çıxması yollarından bəhs açıb, bu istiqamətdə Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib: “Dil hər bir millətin ayrılmaz əlamətidir, atributudur, dilsiz başqa əlamətlər öz mənasını itirir. Əgər sənin doğma dilin yoxdursa, başqa dildə danışırsansa, deməli bu daş, bu torpaq vətən adlanmır. Yalnız o dildə danışan adamlar həmin daşın, torpağın üstündə yaşayırsa, o zaman millət formalaşır. Lakin nəzərə almaq lazımdır ki, dilin özü də daşlaşmış bir proses deyil, dil canlı bir orqanizmdir. Dünya tarixində dillər doğulur, inkişaf edir, hətta şumer və latın dilləri kimi dillər ölür. Dilimizə yeni sözlərin daxil olmasına, arxaikləşmiş sözlərin dilimizdən çıxmasına faciə kimi yanaşmaq lazım deyil. Dil nəfəs alır, dil yaşayır, inkişaf edir və dilin inkişafı üçün dövlət qayğısı vacib şərtlərdən biridir. Dilin daşıyıcıları da diqqət etməlidirlər ki, o dilin gözəlliklərini saxlaya bilsinlər”. Akademik yaşadığımız indiki dövrə həm keçmişin, həm də gələcəyin xidmət etdiyini qeyd edib və keçmişdən gələcəyə aparmağa kifayət qədər mənəvi yükümüzün olduğunu vurğulayıb.

24.12.19
AKADEMİK TEYMUR KƏRİMLİ “KÖNÜL DÜNYAMIZ” VERİLİŞİNİN QONAĞI OLUB
22.11.19
AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19
PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
05.04.19
RUSİYA MƏTBUATI ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİNİ İŞIQLANDIRIR
06.03.19
AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA