OXŞAR XƏBƏRLƏR:
“NƏSİMİ “DİVAN”ININ LEKSİKASI” KİTABI ÇAPDAN ÇIXIB
03.12.19. Oxunma sayı: 822 NƏŞRLƏR / NƏSİMİ-650
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanovun ilk dəfə 1970-ci ildə işıq üzü görmüş “Nəsimi “Divan”ının leksikası” kitabı çapdan çıxıb. Kitabda Nəsimi divanının leksikası, onun anadilli şeirlərinin ədəbi dilimizin inkişafındakı rolu hərtərəfli araşdırılır. 650 səhifədən ibarət bu monoqrafiyanı nəşrə hazırlayan və elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimovdur. Paşa Kərimov kitaba yazdığı “Professor Cahangir Qəhrəmanovun mətnşünaslıq fəaliyyəti” adlı ön sözdə alimin Nəsiminin ədəbi irsinin tədqiqi sahəsindəki fəaliyyəti barədə məlumat verib. Azərbaycan Respublikası Prezidentinin Sərancamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibəti ilə nəşr edilən bu monoqrafiya Böyük Azərbaycan şairi Nəsimi yaradıcılığının tədqiqinə həsr edilmiş ən fundamental elmi əsərlərdən sayılır.
18.06.19
Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
21.12.18
FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
06.04.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB