İNSTİTUTUN NƏŞRLƏRİ VI BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASINDA NÜMAYİŞ OLUNDU » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


İNSTİTUTUN NƏŞRLƏRİ VI BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASINDA NÜMAYİŞ OLUNDU

27.09.19. Oxunma sayı: 506 TƏDBİRLƏR
27 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nın açılış mərasimi keçirilib. Sərgidə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üçün ayrılmış guşədə elmi-tədqiqat müəssisəsinin “Kitabxana və elmi informasiya” şöbəsinin sərgiyə təqdim etdiyi 2018-2019-cu illərdə nəşr olunmuş 50-dən çox müxtəlif adda ədəbiyyat oxucuların istifadəsinə verilib. Qeyd edək ki, Sərgi-Yarmarka böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Bu məqsədlə Əlyazmalar İnstitutunda Nəsimi ili çərçivəsində hazırlanan şairin əsərlərinin nəfis, illüstrativ nəşri də oxuculara təqdim olunub.
Nəzərinizə çatdırırıq ki, sərgi sentyabr ayının 29-na kimi davam edəcək.






OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
22.05.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIĞI ƏLYAZMA VƏ SƏNƏDLƏRDƏ ” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.03.19 NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla