AKADEMİK TEYMUR KƏRİMLİ “AZƏRBAYCAN MUĞAMI MİLLİ VƏ BƏŞƏRİ İDENTİKLİK VASİTƏSİ KİMİ” MÖVZUSUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


AKADEMİK TEYMUR KƏRİMLİ “AZƏRBAYCAN MUĞAMI MİLLİ VƏ BƏŞƏRİ İDENTİKLİK VASİTƏSİ KİMİ” MÖVZUSUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

25.09.19. Oxunma sayı: 608 TƏDBİRLƏR
Sentyabrın 25-də AMEA Rəyasət Heyətində keçirilən iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Azərbaycan  muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda elmi məruzəsi dinlənilib. Akademik məruzəsində Azərbaycan muğamının müasir dövrdə milli identikliyin əsas amillərindən biri kimi tanınmasından bəhs edib, dünya musiqisinin bu fenomenal hadisəsinin təkcə milli-regional deyil, həm də bəşəri mahiyyət daşıdığını bildirib. Teymur Kərimli vurğulayıb ki, qloballaşmaya meylin artdığı indiki dövrdə Azərbaycan milli mentalitetinin qorunması yolunda ən tutarlı vasitələrdən biri məhz muğamdır. Akademik həmçinin muğamın mətninin və melodiyasının vəhdətindən, bu vəhdətin qarşılıqlı təsir gücündən bəhs edib. Məruzəçi Azərbaycan muğamının mətnində istifadə olunan qəzəllərin Məhəmməd Füzuli yaradıcılığından bəhrələndiyini və bu ənənənin indiyə qədər davam etdiyini qeyd edib.
Teymur Kərimli Azərbaycan muğamının poetik mətnlərinin insanı düşünməyə, kamilləşməyə səslədiyini, muğamın təkcə Azərbaycan, Şərq üçün deyil, bütövlükdə bəşəriyyət üçün əhəmiyyət daşıyan bir hadisə olduğunu da bildirib.
Akademik Teymur Kərimlinin məruzəsi dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Rasim ƏliquliyevƏhliman ƏmiraslanovVaqif FərzəliyevRafael HüseynovVaqif AbbasovZemfira Səfərova, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, professor Nazim İmanov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.
Akademik Teymur Kərimlinin məruzəsi AMEA Rəyasət Heyətinin qərarı ilə bəyənilib.


OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
31.05.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB
12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla