OXŞAR XƏBƏRLƏR:
“QOŞA QANAD: VI FİZİKA VƏ LİRİKA KONFRANSI”NDA ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ ƏL İŞLƏRİ NÜMAYİŞ OLUNUB
13.07.19. Oxunma sayı: 850 TƏDBİRLƏR
13 iyun 2019-cu il tarixində AMEA-nın Yüksək Texnologiyalar Parkında “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib. AMEA Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan konfransı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunan konfransın 2014-cü ildən etibarən keçirildiyini qeyd edən akademik ədəbiyyatın müxtəlif elm sahələri ilə vəhdətindən danışıb, bu sahələr arasında qarşılıqlı tədqiqatların aparılmasının əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə AMEA-nın müxtəlif institutlarının alimlərinin, eləcə də ölkənin digər qurumlarını təmsil edən ziyalıların mövzu üzrə məruzələri dinlənilib.
Konfrans çərçivəsində alimlərin və sənətkarların əl işlərinin nümayişi də həyata keçirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – ağacoyma sənəti ustası, rəssam Seyfəddin Mənsimoğlu, əməkdar rəssam Fəxrəddin Əli və xəttat Müzafərəddin Əzizovun da əl işləri tədbirdə nümayiş olunub. Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları sərginin təşkilində fəallıq göstəriblər.

24.06.19
ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.03.19
NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18
MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
30.11.17
AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA