OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BOSNİYA VƏ HERSEQOVİNADA ELMİ EZAMİYYƏTDƏ OLUB
20.06.19. Oxunma sayı: 1 051 EZAMİYYƏLƏR
AMEA və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi arasında əldə edilmiş razılığa əsasən azərbaycanlı müəlliflərin əsərlərinin region kitabxanalarında saxlanan əlyazmalarını tapmaq, araşdırmaq və gələcəkdə daha geniş tədqiqata cəlb etmək məqsədilə, həmçinin, bu müəssisələrlə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında elmi əlaqələrin qurulması niyyəti ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov 2019-cu ilin 15 may-15 iyun tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində elmi ezamiyyətdə olub. Alim bu şəhərdə əlyazmaların saxlandığı əsas mərkəzlərdə - Qazi Xosrov bəy Kitabxanası, Milli və Universitet Kitabxanası, Sarayevo Tarix Arxivi, Sarayevo Universitetinin Şərqşünaslıq İnstitutu, Boşnak İnstitutunda, eləcə də digər iki şəhərdə - Mostar şəhərində yerləşən Herseqovina-Neretva kantonunun Arxivində və Visoko şəhərində yerləşən Müqəddəs Bonaventura Monastırında olub, bu mərkəzlərdə saxlanan əlyazmalarla, onların kataloqlaşdırması işinin gedişi ilə tanış olub. Ə.Bağırov azərbaycanlı müəlliflərin adları çəkilən elmi müəssisələrdə qorunan əlyazmalarının surətlərini əldə etmək üçün Anlaşma Memorandumunun imzalanması ilə bağlı söhbətlər aparıb və nəticədə üç müəssisə ilə - Qazi Xosrov bəy Kitabxanası və Milli və Universitet Kitabxanası, eləcədə Sarayevo Tarix Arxivi ilə Anlaşma Memorandumunun imzalanmasına nail olub. Alim bu elmi müəssisələrdən ümumilikdə azərbaycanlı müəlliflərin 150-yə yaxın əlyazma nüsxəsinin surətlərini üzə çıxarıb, onlardan bir qisminin elektron versiylarını, eləcə də əlyazma kataloqlarının əsli ilə birlikdə elektron versiyalarını əldə edib.
Ə.Bağırov Milli və Universitet Kitabxanasında Nəsiminin 650 illiyi ilə əlaqədar məruzə ilə də çıxış edib. Onun bu çıxışı və ümumiikdə Bosniya və Herseqovinaya səfəri yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Ezamiyyət çərçivəsində Ə.Bağırov Bosniya və Herseqovinada Azərbaycan klassiklərinin əsərlərinin boşnak dilinə tərcümə edilərək çap olunması barədə də müzakirələr aparıb. Bu istiqamətdə Boşnak İnstitutunun mütəxəssisləri ilə söhbətlər aparan alim Nəsimi divanından seçmələrin boşnak dilinə tərcümə edilməsi ilə bağlı təklif irəli sürüb. Alimin bu təklifi müsbət qarşılanıb.

21.05.19
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ÖZBƏKİSTANDA ELMİ EZAMİYYƏTDƏ OLUB
07.05.19
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
19.03.19
AYBƏNİZ ƏLİYEVA-KƏNGƏRLİ ANKARADA KONFRANSDA OLUB
10.01.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR