OXŞAR XƏBƏRLƏR:
Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
18.06.19. Oxunma sayı: 1 131 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşının “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” adlı kitabı nəşr olunub. Monoqrafiyanın müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Monoqrafiyada XIX-XX əsrlərdə yaşamış Azərbaycan tədqiqatçılarının, eləcə də hazırki dövr Azərbaycan alimlərinin tədqiqatlarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən Ə.Nəcəfzadə mövcud araşdırmalar üzərində təhlillər aparıb.
Kitabın baş elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslıdır. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Xəlil Yusifli və filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.
Qeyd edək ki, bu kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə AMEA-nın Gəncə Bölməsi arasında birgə elmi-tədqiqat işlərinin aparılması məqsədilə 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Gəncə Bölməsinin maliyyə dəstəyi ilə nəşr olunub.
18 iyun 2019-cu il tarixində Əlyazmalar İnstitutunun qonağı olan AMEA Gəncə Bölməsinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənov kitabı onun müəllifi Əzizağa Nəcəfzadəyə və redaktoru Əkrəm Bağırova təqdim edib.
Bildirək ki, yeni mövsümdə layihənin davamı olaraq həmin müəllifin “Nizaminin türklüyü və türklüyə münasibəti” monoqrafiyasının çapı gözlənilir.

07.01.19
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
21.12.18
FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
01.10.18
NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” POEMASI NƏFİS ŞƏKİLDƏ NƏŞR OLUNUB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB