OXŞAR XƏBƏRLƏR:
AKADEMİK TEYMUR KƏRİMLİ “CƏLİL MƏMMƏDQULUZADƏ VƏ XALQ GÜLÜŞ MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSINDA ÇIXIŞ EDİB
31.05.19. Oxunma sayı: 872 TƏDBİRLƏR
Mayın 30-da AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Cəlil Məmmədquluzadənin öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynadığını deyib. Bildirib ki, bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir.
“Molla Nəsrəddin” jurnalının fəaliyyətindən və şərəfli tarixindən də söz açan akademik T.Kərimli qeyd edib ki, dahi yazıçı bu jurnalın nəş
ri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsasını qoyub. Burada əsasən dövrün sosial-siyasi problemləri sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.
Bildirilib ki, Mirzə Cəlil ictimai həyatdakı haqsızlıqları öz gözləri ilə görmüş, bütün acı həqiqətlərin şahidi olmuş, o dövrün fakt və hadisələrini həyat həqiqətlərinə uyğun şəkildə təsvir etmiş və bir sıra yadda qalan canlı surətlər yaratmışdır. Ədib öz qəhrəmanlarının zahiri görkəmlərini elə təsvir etmişdir ki, oxucu həmin surəti öz təxəyyülündə asanlıqla təsəvvür edə bilir.

22.05.19
ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIĞI ƏLYAZMA VƏ SƏNƏDLƏRDƏ ” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
13.05.19
GÖRKƏMLİ DİLÇİ ALİM QARA MƏŞƏDİYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18
HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18
ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB