ELM GÜNÜ İLƏ ƏLAQƏDAR ƏLYAZMALAR İNSTİTUTUNDA AÇIQ QAPI GÜNÜ KEÇİRİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ELM GÜNÜ İLƏ ƏLAQƏDAR ƏLYAZMALAR İNSTİTUTUNDA AÇIQ QAPI GÜNÜ KEÇİRİLİB

27.03.19. Oxunma sayı: 1 091 TƏDBİRLƏR
27 mart Azərbaycanda Elm Gününün qeyd edilməsi ilə əlaqədar Əlyazmalar İnstitutunun ekspozisiya zalında açıq qapı günü elan edilib. Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov ziyarətçilərə burada nümayiş olunan əlyazmalar haqqında ətraflı məlumat verib. O, bildirib ki, orta əsrlərdə Azərbaycanda elmin bütün sahələri geniş vüsətlə inkişaf edirdi və cəmiyyətdə multidissiplinar bir mühit yaranmışdı. İbn Sina, Nəsirəddin Tusi kimi alimlərin əsərləri latın dilinə tərcümə edilərək Avropada yayılırdı. Azərbaycanda tibb və astronomiya, riyaziyyat və minerologiya, fəlsəfə və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiyaya dair türk, fars və ərəb dillərində dəyərli əsərlər meydana çıxırdı. Əlyazmalar İnstitutunda qorunan və nümayiş olunan əlyazmalar bunun əyani sübutudur. İnstitutda təkcə tibbə dair 1453 əlyazma saxlanılır. Burada hətta kulinariyaya dair əsər də qorunmaqdadır. P.Kərimov əlavə edib ki, bütün sahələri əhatə edən əlyazmaların tədqiqi, tərcüməsi, kataloqlaşdırılması və nəşri ilə məşğul olan Əlyazmalar İnstitutu indiyədək çoxsaylı uğurlara imza atıb.
Ziyarətçilər Əlyazmalar İnstitutundan xoş təəssüratlarla ayrılıblar.




OXŞAR XƏBƏRLƏR:

02.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA "GƏNCLƏR GÜNÜ" QEYD OLUNUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla