OXŞAR XƏBƏRLƏR:
NƏSİMİ DİVANININ YENİ NÜSXƏSİNİN SURƏTİ ƏLDƏ EDİLİB
25.02.19. Oxunma sayı: 1 142 YENİ DAXİLOLMALAR / NƏSİMİ-650
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairini İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surətini əldə edib. 134 vərəqdən, müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət olan bu divanın əvvəlində kitabın görkəmli mütəsəvif Hacı Bəktaş Vəlinin ardıcılı, bəktaşi təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi, geniş oxucu kütələsinin istifadəsi üçün bağışlandığı barədə qeyd vardır. Nəsiminin həyatının müəyyən dövründə bəktaşilərlə yaxınlaşdığı barədə məlumat vardır. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olmuş, onun şeirləri bu mühitdə sevilərək oxunub. Əlyazma nüsxəsinin bir özəlliyi də onun əvvəlində “Kitabı-Seyyid Nəsimi əl-Hüseyni” sözlərinin yazılıb. Bu fakt göstərir ki, şairin “Hüseyni” təxəllüsü kifayət qədər geniş oxucu kütləsinə məlum olmuşdur.
21.01.19
NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
21.09.18
XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB
06.09.18
NƏSİMİNİN TÜRK DİVANININ ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİ BAKIYA GƏTİRİLİB
05.09.18
NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR
01.02.18
TEHRAN KİTABXANASINDAN SƏFƏVİLƏR DÖVRÜNDƏ YAŞAMIŞ AZƏRBAYCAN ŞAİRİNİN KÜLLİYATININ SURƏTİ ƏLDƏ EDİLİB