NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB

21.01.19. Oxunma sayı: 1 159 YENİ DAXİLOLMALAR / NƏSİMİ-650
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib. Bu nüsxələr şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri vardır. Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir.
OXŞAR XƏBƏRLƏR:

02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla