KAZAN UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


KAZAN UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA

09.01.19. Oxunma sayı: 979 GÖRÜŞLƏR
Kazan Federativ Universitetinin Beynəlxalq Əlaqlər İnstitutunun sosial-humanitar elmlər üzrə xarici dillər kafedrasının dosenti, filologiya üzrə elmlər namizədi Landış Yuzmuxametova və institutun elmi katibi, filologiya üzrə elmlər namizədi Alsu Şaripova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamış və onlara institutun keçdiyi yol, əlyazmaların toplanması, onların mühafizəsi və bərpası, şöbələrin fəaliyyət istiqaməti barədə geniş məlumat verib.
P.Kərimov Əlyazmalar İnstitutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu qeyd edib. Direktor müavini həmçinin institutun müstəqillik dövründə beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb.
Daha sonra qonaqlar İnstitutun Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olublar.
OXŞAR XƏBƏRLƏR:

31.10.18 BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla