FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB

21.12.18. Oxunma sayı: 1 064 NƏŞRLƏR
“Elm” nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı elmi biblioqrafiya işıq üzü görüb. Bu fundamental elmi biblioqrafiya Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələrindən birinə - müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub. Biblioqrafiyaya Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Parlamentin və Hökümətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, habelə Cümhuriyyətin süqutundan sonrakı dövrdə istiqlal ideyalarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri əks etdirən materiallar daxil edilib. Biblioqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tədqiqatçılar, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafiyanın tərtibçi-müəllifləri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və ped.ü.f.d. Nadir İsmayılovdur.
504 səhifəlik kitabın elmi yeniliyi odur ki, burada ilk dəfə olaraq Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında yarandığı gündən hazırki dövrə qədər (1918-2018-ci illər) işıq üzü görmüş bütün materiallar əhatə olunub. Onu da qeyd edək ki, bu biblioqrafiyaya bugünkü müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən sənədlər (kitablar, elmi-tədqiqat əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr və s.) daxildir.
Kitabın baş elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Akademik həmçinin kitaba geniş ön söz yazıb.
OXŞAR XƏBƏRLƏR:

11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla