AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu son 20 ildə BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı (UNESCO) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində 2005, 2017 və 2023-cü illərdə İnstitutda mühafizə olunan 5 unikal əlyazma Təşkilatın "Dünya Yaddaşı" siyahısına əlavə edilmişdir. Sözügedən materiallar İbn Sinanın "Tibb elminin qanunu" əsərinin II cildi, Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "əl-Məqalə əs-Sələsun" əsəri, Məhəmməd Füzulinin anadilli "Divanı"nın əlyazması və Xurşidbanu Natəvanın "Gül dəftəri"dir.
"Dünya Yaddaşı" siyahısına 2005-ci ildə daxil edilmiş əsərlər (Mənbəyə keçid: UNESCO):
1. Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi” (Nizamşahın ehtiyatları) (Şifr: M-220)
XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. Mətn qızıl suyu ilə çəkilmiş çərçivə ilə çərçivələnib.
2. Əbülqasim Zəhravi. “Əl-məqələtus-səlasim” (Şifr: M-398)
X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” adlı 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb. Cərrahiyyə alətləri qara tuşla aydın çəkilmişdir.
3. Əbu Əli ibn Sina. “Əl-qanun fit-tibb” (Şifr: M-136)
Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. H.537, m.1143-cü ildə köçürülmüşdür. 190 vərəqdən ibarət kitabın ölçüsü 24x15 sm, mətnin ölçüsü isə 18x11 sm-dir. Hər səhifədə 18-20 sətir vardır. Nüsxə qara mürəkkəblə, aydın, narın nəsx xətti ilə köçürülmüş, fəsil adları, müalicəvi bitki adları qırmızı mürəkkəblə yazılmışdır.
"Dünya Yaddaşı" siyahısına 2017-ci ildə daxil edilmiş əsər (Mənbəyə keçid: UNESCO):
4. Məhəmməd Füzulinin anadilli “Divan”ı (Şifr: M-236)
“Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor tərəfindən Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazmasının surəti Reyestrə əlavə olunmuşdur. Şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Füzulinin anadilli "Divanı"nın Bakı əlyazması bu “Divan”ının ən mötəbər nüsxəsi sayılır.
"Dünya Yaddaşı" siyahısına 2023-cü ildə daxil edilmiş əsər (Mənbəyə keçid: UNESCO):
5. Xurşidbanu Natəvanın "Gül dəftəri" (Şifr: M-117)
227 səhifədən ibarət "Gül dəftəri" adlı şeir və rəsmlərdən ibarət albomu şairə 1886-cı ildə tərtib etmişdir. Burada Natəvanın şeirləri, gül və təbiət təsvirləri əks olunmuşdur. Albomda “Bülbül”, “Bənövşə”, “Gül”, “Qərənfil”, "Üzüm salxımı", "Lalə", "Süsən" və “Pərvanə” təsvirləri ilə yanaşı Qarabağ ünvanlı lövhələrə, “Bakı mənzərəsi”, “Dağlara yol”, “Dəniz kənarı”, “Məscidli qala”, “Sahil kənarında körpü” adlı rəsmlərə də yer verilmişdir. İlüstrasiyalı şeir dəftəri UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasının qərarı ilə 2023-cü il martın 21-də Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilmişdir.
UNESCO ilə əməkdaşlıq