Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yarandığı illərdən etibarən beynəlxalq elmi-mədəni əlaqələri yüksək səviyyədə quran elmi-tədqiqat müəssisələrindən birinə çevrilmişdir. Bu gün dünyanın 100-dən artıq nüfuzlu elmi təşkilatı əməkdaşlıq edən İnstitut Beynəlxalq Əlyazmalar Cəmiyyətinin (ABŞ) və İslam Əlyazmaları Cəmiyyətinin (Böyük Britaniya) üzvüdür. Əlyazmalar İnstitutunun elmi mübadilə apardığı elm və təhsil müəssisələri arasında UNESCO, Oksford Universiteti, Paris Milli Kitabxanası, Vatikan Apostol Kitabxanası, Misirin Əl-Əzhər Universiteti və başqa nüfuzlu təşkilatlar var. Beynəlxalq əməkdaşlığın inkişafı sayəsində Azərbaycana məxsus Orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından 4 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edilmişdir. Əlyazmalar İnstitutu Azərbaycan əlyazmalarını yalnız beynəlxalq arenada təbliğ etməklə kifayətlənmir, ölkəmizə gələn xarici alimlərə də zəngin əlyazma xəzinəsinin qapılarını açır. Son 50 ildə İnstitutu UNESCO-nun Baş katibi, İSESCO-nun sədri, müxtəlif ölkələrin prezidentləri, o cümlədən dövlət, elm və mədəniyyət xadimləri ziyarət ediblər.
- Əlyazmalar İnstitutunun UNESCO-nun Dünya Yaddaşı siyahısına daxil edilmiş materialları
Beynəlxalq əməkdaşlıq
- Əlyazmalar İnstitutunun UNESCO-nun Dünya Yaddaşı siyahısına daxil edilmiş materialları