Əlyazmalar İnstitutu

  • AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
    MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTU
    Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır.
    ƏTRAFLI OXU
  • BMT-nin ELM, TƏHSİL VƏ MƏDƏNİYYƏT üzrə təşkilatı-UNESCO
    DÜNYA YADDAŞI PROQRAMI-MEMORY OF THE WORLD
    AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu son 20 ildə BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı (UNESCO) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində 2005, 2017 və 2023-cü illərdə İnstitutda mühafizə olunan 5 unikal əlyazma Təşkilatın "Dünya Yaddaşı" siyahısına əlavə edilmişdir.
    ƏTRAFLI OXU
  ELEKTRON MƏLUMAT BAZASI    

XƏBƏRLƏR


ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ MƏQALƏLƏRİ BEYNƏLXALQ ELMİ KONFRANS MATERİALLARINDA DƏRC OLUNUB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir neçə əməkdaşının məruzəsinin tam mətni

09.04.24 / Oxunma sayı: 29

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATLA TƏLTİF OLUNUBLAR

Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Zəngəzurun tarixi və

09.04.24 / Oxunma sayı: 25

ELAN!

29 aprel 2024-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli

05.04.24 / Oxunma sayı: 39

“XƏRİDƏTÜL-ƏCAİB VƏ FƏRİDƏTÜL-ĞƏRAİB” ƏSƏRİ NƏŞR OLUNUB

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının

05.04.24 / Oxunma sayı: 31

FOTOQALEREYA

TARİXİMİZDƏN

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır. 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında...

Davamını oxu
İNSTİTUT ALİMLƏRİNİN ƏSƏRLƏRİNƏ NÜFUZLU İSTİNADLAR (Keçid: Google Scholar)

Bütün istinadlar Son 5 il
İstinad 755295
h-index 128
i10-index 165

Ətraflı: İnstitutun Elmmetrik Məlumat Bazası
Göstəricilərin son yenilənmə tarixi: 2 Apr. 2024

0
70
35
2015 2016 2017 2018 2019 2020 2021 2022 2023 2024 63 41 39 42 45 45 55 67 55 56 17


İNSTİTUTUN ELMİ JURNALLARI


ƏLYAZMLAR YANMIR
p-ISSN: 2410-5600
e-ISSN: 2663-998X

"Əlyazmalar yanmır" jurnalı
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi beynəlxalq elmi jurnaldır. Jurnal ildə 2 dəfə
nəşr olunur. Jurnalda əyazmaşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq ilə bağlı məqalələr dərc olunur.

 Məqaləni onlayn göndərmək
FİLOLOGİYA MƏSƏLƏLƏRİ
p-ISSN: 2224-9257
e-ISSN: 2664-0007

"Filologiya məsələləri" jurnalı Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi elmi jurnaldır. Jurnal ayda bir dəfə nəşr olunur. Dərgidə dilçilik, ədəbiyyatşünaslıq, linqvistika və s. bağlı məqalələr dərc edilir.

 Məqaləni onlayn göndərmək
ELMİ ƏSƏRLƏR
Nəşr olunmur.
p-ISSN: 2410-5619
e-ISSN: 2663-9998

"Elmi əsərlər" jurnalı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2015-2023-cü illərdə nəşr etdiyi elmi jurnaldır. Jurnalda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ilə bağlı məqalələr dərc olunurdu.

BEYNƏLXALQ ƏLAQƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yarandığı illərdən etibarən beynəlxalq elmi-mədəni əlaqələri yüksək səviyyədə quran elmi-tədqiqat müəssisələrindən birinə çevrilmişdir. Bu gün dünyanın 1000-ə yaxın elm və təhsil müəssisəsi ilə əməkdaşlıq edən İnstitut Beynəlxalq Əlyazmalar Cəmiyyətinin (ABŞ) və İslam Əlyazmaları Cəmiyyətinin (Böyük Britaniya) üzvüdür. Əlyazmalar İnstitutunun elmi mübadilə apardığı elm və təhsil müəssisələri arasında UNESCO, Oksford Universiteti, Paris Milli Kitabxanası, Vatikan Apostol Kitabxanası, Misirin Əl-Əzhər Universiteti və başqa nüfuzlu təşkilatlar var. Uğurlu beynəlxalq əməkdaşlığın nəticəsi kimi, 2005-2023-cü illər ərzində Azərbaycana məxsus yazılı abidələr (Əlyazmalar İnstitutunun kolleksiyasından 5 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına daxil edilmişdir. Əlyazmalar İnstitutu Azərbaycan əlyazmalarını yalnız beynəlxalq arenada təbliğ etməklə kifayətlənmir, ölkəmizə gələn xarici alimlərə də zəngin əlyazma xəzinəsinin qapılarını açır. Son 50 ildə İnstitutu UNESCO-nun Baş katibi, İSESCO-nun sədri, müxtəlif ölkələrin prezidentləri, o cümlədən dövlət, elm və mədəniyyət xadimləri ziyarət ediblər.

    Əlavə olaraq bax: UNESCO-nun "Dünya yaddaşı" Siyahısına daxil edilmiş Azərbaycan əlyazmaları



YENİ DAXİLOLMALARIN REYESTRİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna yeni daxil olmuş əlyazmalar

No: Müəllif və əlyazma Daxilolma tarixi Əldə olunduğu mənbə
45"Əsli və Kərəm" ("Hekayəti Kərəm" adı ilə) və "Aşıq Qərib" ("Aşıq Qərib və Şahsənəm xanım" adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətləri27.03.2022Paris Milli kitabxanası, Fransa
44Azərbaycan şairi Bahar Şirvaninin fars dilində şeirlər toplusunun XIX əsrə aid əlyazma nüsxəsi17.02.2022---
43Şəmsəddin Şəmsi və ya Dərviş Şəmsi adı ilə tanınmış, XV-XVI əsr Azərbaycan şairinin "Dəh Mürğ" ("On quş") poemasının 5 əlyazma nüsxəsi26.09.2022Paris Milli Kitabxanası[2], ABŞ Konqres kitabxanası[1], İstanbul Universiteti kitabxanası[1], Almaniya Leypsiq Universiteti kitabxanası[1]
42XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun anadilli divanının surəti02.06.2022Tehran Universitetinin Mərkəzi Kitabxanası, Tehran
41“Səfineye-Təbriz” əsərinin əlyazmasının faksimilesi27.05.2022Məclese-şoraye-melli kitabxanası, Tehran
40Əllamə Hillinin ərəb dilində "İrşad əl-Əzban ila əhkam əl-iman" əsərinin XIX əsrin əvvəllərinə aid əlyazma nüsxəsi14.09.2021Təhmasib İbrahimov
39Nizami Gəncəvinin "Xəmsə"sinin XV əsrin ortalarında köçürülmüş əlyazmasının surəti 08.04.2021Paris Milli Kitabxanası, Fransa
38Azərbaycan şairi, Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Həqiqinin (1405-1467) “Şeirlər toplusu – “Divan”ının” əlyazma surəti 12.01.2021İstanbulun Süleymaniyyə kitabxanası, Türkiyə
37Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu — divanının avtoqraf nüsxələri 13.07.2020İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Universitetinin Kitabxanası, Türkiyə, İran
36Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin əlyazmasının elektron surəti 21.04.2020Tehran Universitetinin Kitabxanası, İran
35“Bakinskiy listok” qəzetinin 1871-1872-ci illərə aid bütün nömrələrinin (16-cı nömrə istisna olmaqla) elektron versiyası 27.02.2020Rusiya Milli Kitabxanası, Rusiya
34Nəsimi ardıcılı, hürufi şair Sürurinin anadilli divanının avtoqraf nüsxəsinin surəti 25.11.2019Kaliforniya Universitetinin kitabxanası, ABŞ
33Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusu - divanının surəti28.10.2019Paris Milli Kitabxanası, Fransa
32“Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsi23.09.2019İstanbul
31Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poemasının əlyazmasının surəti09.09.2019Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin nadir kitablar fondu, Moskva
30Molla Cümənin (1854-1920) gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazması18.04.2019Qax rayonunun Meşəbaş kəndi
29İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surəti25.02.2019Ankara Milli Kitabxanası, Türkiyə
28İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun surəti21.01.2019Ankara Milli Kitabxanası, Türkiyə
27“Qisseyi-Ə bu Əli Sina” adlı əsərin surəti06.01.2019Astane-Qüdse-Rəzəvi kitabxanası, İran
26“Tacü l-lüğa və sihahil-ərəbiyyə” (qısası “Əs-sihah”) əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti29.11.2018Tehran Məclis kitabxanası, İran
25“Müqəddimətül-ədəb” əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti 20.11.2018Tehran Məclis kitabxanası, İran
24“Əcaib əl-məqdur” əsərinin surəti 13.11.2018Tehran Məclis kitabxanası, İran
23İmadəddin Nəsiminin anadilli divanının yeni əlyazma nüsxəsinin surəti06.09.2018Tehran Məclis kitabxanası, İran
22XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti05.09.2018Topqapı Saray Muzeyi, Türkiyə
21“Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surəti12.07.2018Dağıstan Elmi Mərkəzi, Rusiya
20“Lüğəte-Nemətullah” adlı əsərin surəti21.06.2018Tehran Məclis kitabxanası, İran
19Heydərinin farsca əsərlər külliyatının surəti02.02.2018Tehran Məclis kitabxanası, İran
18Əbdürrəhim Şirvaninin "Kitabi-məzhər əttürki" əsərinin surəti19.01.2018Tehran Məclis kitabxanası, İran
17XVI-XVII əsrlərdə yaşamış Osmanlı şairlərinin əlyazma məcmuəsinin surəti 18.12.2017Tehran Məclis kitabxanası, İran
16Şah İsmayıl Xətainin və I Şah Təhmasibin anadilli şeirlərinin surətləri13.11.2017Ankara Milli Kitabxanası, Türkiyə
15İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surəti 16.10.2017Ankara Milli Kitabxanası, Türkiyə
14Heyrətinin divanının surəti10.10.2017Ankara Milli Kitabxanası, Türkiyə
13Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin "Divan"ının surəti04.08.2017Sədrəddin Ağaxanın Cenevrə kolleksiyası, İsveçrə
12Mirzə Baxış Nadimin şeirlərinin əlyazma surəti 29.06.2017Nəvahi Tarix-Diyarşünaslıq Muzeyi, Azərbaycan
11Molla Əli Talibinin divanının əlyazma surəti04.04.2017Türkiyə
10Şah İsmayıl Xətainin xətt nümunələri (27 vərəq)16.02.2017Bavariya Dövlət Kitabxanası, Almaniya
9Abdulla Bərqi Xoyinin şeirlərinin surəti25.05.2016Tehran Məclis kitabxanası, İran
8Hüseyn Yasari Xülusi İstanbulinin "Nicati-əbədiyyə" adlı divanının surəti 04.05.2016Azərbaycan
7Abdulla Kabulinin "Təzkirət ət-təvarix" əsərinin əski çap nüsxəsi20.04.2016İran Milli Kitabxanası, İran
6Salman Mümtazın itmiş "100 şair" əsərinin əlyazması19.04.2016Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan
5Nəsirəddin Tusinin "Zici-Elxani" əsərinin surəti22.10.2015Paris Milli Kitabxanası, Fransa
4İmadəddin Nəsiminin şeirlərinin yer aldığı əlyazmanın surəti 30.06.2015Topqapı Saray Muzeyi, Türkiyə
3Nizami Gəncəvinin "Xəmsə"sinin XVI əsr əlyazmasının surəti07.05.2015Oksford Bodlean Kitabxanası, Böyük Britaniya
2Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusunun - divanının surəti23.04.2015Ankara Milli Kitabxanası, Türkiyə
1Seyid Əbülqasim Nəbatinin anadilli divanının surəti17.03.2015Təbriz Mərkəzi Kitabxanası, İran

Qeyd: Yeni əldə olunmuş əlyazmalarla İnstitutun fondunda tanış olmaq mümkündür.

                                

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla