27 mart 2024-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının dairəvi zalında
Bildiyiniz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq sərəncamına uyğun
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fizulüşünas alimləri fil.e.d., dosent Nəzakət
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir neçə aliminin məruzəsi “Akademik
Bütün istinadlar | Son 5 il | |
---|---|---|
İstinad | 745 | 282 |
h-index | 12 | 8 |
i10-index | 15 | 5 |
No: | Müəllif və əlyazma | Daxilolma tarixi | Əldə olunduğu mənbə |
---|---|---|---|
45 | "Əsli və Kərəm" ("Hekayəti Kərəm" adı ilə) və "Aşıq Qərib" ("Aşıq Qərib və Şahsənəm xanım" adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətləri | 27.03.2022 | Paris Milli kitabxanası, Fransa |
44 | Azərbaycan şairi Bahar Şirvaninin fars dilində şeirlər toplusunun XIX əsrə aid əlyazma nüsxəsi | 17.02.2022 | --- |
43 | Şəmsəddin Şəmsi və ya Dərviş Şəmsi adı ilə tanınmış, XV-XVI əsr Azərbaycan şairinin "Dəh Mürğ" ("On quş") poemasının 5 əlyazma nüsxəsi | 26.09.2022 | Paris Milli Kitabxanası[2], ABŞ Konqres kitabxanası[1], İstanbul Universiteti kitabxanası[1], Almaniya Leypsiq Universiteti kitabxanası[1] |
42 | XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun anadilli divanının surəti | 02.06.2022 | Tehran Universitetinin Mərkəzi Kitabxanası, Tehran |
41 | “Səfineye-Təbriz” əsərinin əlyazmasının faksimilesi | 27.05.2022 | Məclese-şoraye-melli kitabxanası, Tehran |
40 | Əllamə Hillinin ərəb dilində "İrşad əl-Əzban ila əhkam əl-iman" əsərinin XIX əsrin əvvəllərinə aid əlyazma nüsxəsi | 14.09.2021 | Təhmasib İbrahimov |
39 | Nizami Gəncəvinin "Xəmsə"sinin XV əsrin ortalarında köçürülmüş əlyazmasının surəti | 08.04.2021 | Paris Milli Kitabxanası, Fransa |
38 | Azərbaycan şairi, Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Həqiqinin (1405-1467) “Şeirlər toplusu – “Divan”ının” əlyazma surəti | 12.01.2021 | İstanbulun Süleymaniyyə kitabxanası, Türkiyə |
37 | Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu — divanının avtoqraf nüsxələri | 13.07.2020 | İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Universitetinin Kitabxanası, Türkiyə, İran |
36 | Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin əlyazmasının elektron surəti | 21.04.2020 | Tehran Universitetinin Kitabxanası, İran |
35 | “Bakinskiy listok” qəzetinin 1871-1872-ci illərə aid bütün nömrələrinin (16-cı nömrə istisna olmaqla) elektron versiyası | 27.02.2020 | Rusiya Milli Kitabxanası, Rusiya |
34 | Nəsimi ardıcılı, hürufi şair Sürurinin anadilli divanının avtoqraf nüsxəsinin surəti | 25.11.2019 | Kaliforniya Universitetinin kitabxanası, ABŞ |
33 | Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusu - divanının surəti | 28.10.2019 | Paris Milli Kitabxanası, Fransa |
32 | “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsi | 23.09.2019 | İstanbul |
31 | Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poemasının əlyazmasının surəti | 09.09.2019 | Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin nadir kitablar fondu, Moskva |
30 | Molla Cümənin (1854-1920) gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazması | 18.04.2019 | Qax rayonunun Meşəbaş kəndi |
29 | İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surəti | 25.02.2019 | Ankara Milli Kitabxanası, Türkiyə |
28 | İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun surəti | 21.01.2019 | Ankara Milli Kitabxanası, Türkiyə |
27 | “Qisseyi-Ə bu Əli Sina” adlı əsərin surəti | 06.01.2019 | Astane-Qüdse-Rəzəvi kitabxanası, İran |
26 | “Tacü l-lüğa və sihahil-ərəbiyyə” (qısası “Əs-sihah”) əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti | 29.11.2018 | Tehran Məclis kitabxanası, İran |
25 | “Müqəddimətül-ədəb” əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti | 20.11.2018 | Tehran Məclis kitabxanası, İran |
24 | “Əcaib əl-məqdur” əsərinin surəti | 13.11.2018 | Tehran Məclis kitabxanası, İran |
23 | İmadəddin Nəsiminin anadilli divanının yeni əlyazma nüsxəsinin surəti | 06.09.2018 | Tehran Məclis kitabxanası, İran |
22 | XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti | 05.09.2018 | Topqapı Saray Muzeyi, Türkiyə |
21 | “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surəti | 12.07.2018 | Dağıstan Elmi Mərkəzi, Rusiya |
20 | “Lüğəte-Nemətullah” adlı əsərin surəti | 21.06.2018 | Tehran Məclis kitabxanası, İran |
19 | Heydərinin farsca əsərlər külliyatının surəti | 02.02.2018 | Tehran Məclis kitabxanası, İran |
18 | Əbdürrəhim Şirvaninin "Kitabi-məzhər əttürki" əsərinin surəti | 19.01.2018 | Tehran Məclis kitabxanası, İran |
17 | XVI-XVII əsrlərdə yaşamış Osmanlı şairlərinin əlyazma məcmuəsinin surəti | 18.12.2017 | Tehran Məclis kitabxanası, İran |
16 | Şah İsmayıl Xətainin və I Şah Təhmasibin anadilli şeirlərinin surətləri | 13.11.2017 | Ankara Milli Kitabxanası, Türkiyə |
15 | İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surəti | 16.10.2017 | Ankara Milli Kitabxanası, Türkiyə |
14 | Heyrətinin divanının surəti | 10.10.2017 | Ankara Milli Kitabxanası, Türkiyə |
13 | Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin "Divan"ının surəti | 04.08.2017 | Sədrəddin Ağaxanın Cenevrə kolleksiyası, İsveçrə |
12 | Mirzə Baxış Nadimin şeirlərinin əlyazma surəti | 29.06.2017 | Nəvahi Tarix-Diyarşünaslıq Muzeyi, Azərbaycan |
11 | Molla Əli Talibinin divanının əlyazma surəti | 04.04.2017 | Türkiyə |
10 | Şah İsmayıl Xətainin xətt nümunələri (27 vərəq) | 16.02.2017 | Bavariya Dövlət Kitabxanası, Almaniya |
9 | Abdulla Bərqi Xoyinin şeirlərinin surəti | 25.05.2016 | Tehran Məclis kitabxanası, İran |
8 | Hüseyn Yasari Xülusi İstanbulinin "Nicati-əbədiyyə" adlı divanının surəti | 04.05.2016 | Azərbaycan |
7 | Abdulla Kabulinin "Təzkirət ət-təvarix" əsərinin əski çap nüsxəsi | 20.04.2016 | İran Milli Kitabxanası, İran |
6 | Salman Mümtazın itmiş "100 şair" əsərinin əlyazması | 19.04.2016 | Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan |
5 | Nəsirəddin Tusinin "Zici-Elxani" əsərinin surəti | 22.10.2015 | Paris Milli Kitabxanası, Fransa |
4 | İmadəddin Nəsiminin şeirlərinin yer aldığı əlyazmanın surəti | 30.06.2015 | Topqapı Saray Muzeyi, Türkiyə |
3 | Nizami Gəncəvinin "Xəmsə"sinin XVI əsr əlyazmasının surəti | 07.05.2015 | Oksford Bodlean Kitabxanası, Böyük Britaniya |
2 | Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusunun - divanının surəti | 23.04.2015 | Ankara Milli Kitabxanası, Türkiyə |
1 | Seyid Əbülqasim Nəbatinin anadilli divanının surəti | 17.03.2015 | Təbriz Mərkəzi Kitabxanası, İran |
Qeyd: Yeni əldə olunmuş əlyazmalarla İnstitutun fondunda tanış olmaq mümkündür.