Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

5.6.2013

Əlyazmalar İnstitutunda saxlanan əlyazmaların fotosurətləri sərgisinin açılış mərasimi keçirilib

4-6 iyun 2013-cü ildə İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərindəki İordaniya Milli Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan ən nəfis əlyazmaların fotosurətləri sərgisinin açılış mərasimi keçirilib.
Sərgidə ərəbdilli əsərlərə üstünlük verilsə də, farsdilli, türkdilli əlyazmaların da surətləri nümayiş etdirilmiş, Nizami Gəncəvinin nəfis əlyazma nüsxələrinin surətləri göstərilmişdir. İordaniyanın Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İordaniyadakı Səfirliyi və AMEA Məhəməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə İordaniyanın mədəniyyət naziri Bərəkət Avacan, bu ölkədə akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri, Azərbaycanın İordaniyadakı səfirliyinin əməkdaşları, yerli KİV, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, tanınmış ziyalılar və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər. İordaniyanın mədəniyyət naziri B.Avacan səfirimiz Sabir Ağabəyovla birlikdə sərginin açılış lentini kəsdikdən sonra iştirakçılar tariximizin qədimliyini, mədəniyyətimizin zənginliyini sübut edən orta əsr əlyazma nümunələri ilə tanış olmuşlar.
B.Avacan sərgi ilə tanış olduqdan sonra iştirakçılarla söhbət edərək 29 may – 1 iyun tarixində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı barədə danışmışdır.
Sərgini müşayiət edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Kamandar Şərifov iştirakçılara eksponatlar barədə məlumat vermişdir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.