Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

24.5.2013

“Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” adlı respublika elmi konfransı keçirilib

May ayının 24-də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin 90-cı ildönümünə həsr edilmiş “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” adlı respublika elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimov müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan elminin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışdır. P.Kərimov ümumilli liderin müdrik xarici siyasətinin, neft siyasətinin, azərbaycançılığı dövlətimizin əsas ideyası elan etməsinin ölkəmizin bütün uğurlarının təməlini təşkil etdiyini demiş, onun Əlyazmalar İnstitutunun yaradılması və inkişafına, klassik ədəbiyyatımızın, yazılı abidələrimizin öyrənilməsinə göstərdiyi böyük qayğını xüsusilə vurğulamışdır. Natiq Sovet dövründə Əlyazmalar İnstitutunun yaradılmasının, tarixi binaya köçməsinin, ona M.Füzulinin adının verilməsinin əsas səbəbkarının H.Əliyev olduğunu bildirmiş, onun yüksək insani keyfiyyətlərindən, xalqımızın tərəqqisi naminə gördüyü işlərdən danışmışdır.


Yazılı abidələrimizin, əlyazmalarımızın tədqiqinin müxtəlif məsələlərinə toxunan konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini, əziz xatirəsini ehtiramla yad etmişdirlər.
Vahid Adil Zahidoğlunun «Kitabi-Dədə Qorqud»un Drezden və Vatikan əlyazmalarındakı bəzi leksik fərqlər haqqında», Razim Əliyevin «Qədim və orta əsr kitabələrində azərbaycandilli yazılar», Əfsanə Məmmmədovanın «Tanınmayan müəllif Əhməd ibn Məhəmməd əş-Şirvani haqqında ilkin bilgilər», Zivər Hüseynlinin «Səfəvilərin ilk dönəminə aid tarixi qaynaqlar», Könül Hacıyevanın «Cinas, təlmih və istifhəmin Bədr Şirvani və Həqiqinin divanlarında işlənməsi», Həcər Sultanovanın «Mühyi Gülşəninin həyatı və əsərləri», Lalə Əlizadənin «Fələki Şirvani divanının əlyazma nüsxələri və nəşri tarixindən», Nəzakət Qazıyevanın «Bəzi geyim adlarının tarixi dialektoloji təhlili» məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

Konfransın materiallarını buradan endirə bilərsiniz

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.