Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

10.5.2013

HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin kitab xəzinələrindən sayılır. Əlyazmaların toplanması respublikamızda ötən əsrin 20-ci illərindən başlamış, buradakı materialların əsasını orta əsr kitabxanaları, eləcə də XIX-XX əsr görkəmli Azərbaycan ziyalılarından Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən Mirzə Qacar, Mir Möhsün Nəvvab və başqalaranın şəxsi kolleksiyaları təşkil etmişdir. 1950-ci ildən Əlyazmalar Fondu adı ilə müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Orta əsr elmlərinin bütün sahələrinə tibb, astronomiya, riyaziyyat, mineralogiya, poetika, fəlsəfə, teologiya, hüquqşünaslıq, qrammatika, tarix, coğrafiya, bədii nəsr və poeziyaya dair Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi burada 40 mindən artıq materail – əlyazma, sənəd, şəxsi arxiv materialları, əski çap kitabları, mətbuat və s. saxlanır və tədqiq edilir.
Əlyazmalar İnstitutunun son onilliklərdə müasir elmi-tədqiqat mərkəzi kimi təşəkkülü ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni 2001-ci il, yeni əsr, üçüncü minillik münasibəti ilə xalqa müraciətində H.Əliyev Azərbaycan xalqının, dünya sivilizasiya qarşısındakı tarixi xidmətlərini yüksək qiymətləndirərək demişdir: «İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbayan ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış abidələr, istərsə də bu günümüzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir».
Hələ 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökümətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmiş, 1982-ci ildən bu akademik orqan Bakının indi İstiqlaliyyət adlanan küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir. Binanın tarixi barədə bir neçə söz demək istərdik. İlkin olaraq bu bina məşhur mesenant Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına qızlar seminariyası kimi tikilmiş, 1901-ci ildən istifadəyə verilmişdir. Sonrakı illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, məktəb, Azərbaycan SSRİ Ali Soveti fəaliyyət göstərmişdir. Ali sovet yeni binaya köçərkən bir neçə təşkilat bu binaya köçmək üçün təşəbbüslər etdilər. Yalnız əlyazmalarımızın, yazılı abidələrimizin milli mədəniyyətimizdəki rolunun müstəsnalığını dərindən-dərinə dərk edən ümummilli liderimizin iradəsi ilə bina Respublika Əlyazmalar Fonduna verilmişdi. Ötən əsrin 80-ci illərində RƏF öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi. Bunu nəzərə alan Akademiya və institut rəhbərliyi RƏF-in instituta çevrilməsinə çalışır, «yenidənqurma» adı altında respublikalardakı ayrı-ayrı müəssisələri ləğv etməyi, birləşdirməyi üstün tutan Moskva isə buna razı olmurdu. Yalnız bir neçə illik mübarizədən sonra, 1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev cənablarının yaxından iştirakı və köməyi sayəsində SSRİ nazirlər Sovetinin 28 oktyabr tarixli 2162R №-li sərəncamı, bir müddət sonra Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398R №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir. İndi bir neçə postsovet respublikasında Əlyazmalar İnstitutları yaradılmışdır. Hazırda bu o qədər də çətin məsələ deyildir. Müstəqil, suveren ölkədə, əlbəttə ki, əlyazmaları tədqiq edən elmi-tədqiqat müəssisəsi – institut təşkil edilməsində qeyri-adi bir şey yoxdur. Sovet dövründə isə əlyazmaları öyrənən cəmi iki institut vardı. Tiflisdə K.Kekelidze adına Əlyazmalar İnstitutu, İrəvanda Matenadaran adlanan Əlyazmalar İnstitutu. «Qardaş respublikalar ailəsində» bu xüsusi imtiyazlı respublikalardan başqa digərlərinin yazılı abədələrini, əlyazmalarını öyrənən institut açmaları müşkül məsələ idi. Həmin illərdə AMEA Əlyazmalar İnstitutunun yaradılması uğrunda gedən müdarizənin bir sıra şahidləri – AMEA-nın keçmiş prezidenti akademik Həsən Abdullayev, Əlyazmalar İnstitutunun keçmiş direktoru Cahangir Qəhrəmanov artıq dünyalarını dəyişmişlər. Onlardan yalnız o zaman Mərkəzi Komitədə yüksək vəzifədə işləyən, indi isə Azərbaycanın Polşadakı səfiri olan Həsən Həsənov sağdır və deyilənləri təsdiqləyə bilər (Həsən müəllimlə indi də sıxı əlaqələmiz mövcuddur. Macarıstanda və Polşada saxlanan əlyazmalarımızın surətlərinin əldə edilməsində yardım etdiyinə görə ona dərin minnətdarlığımızı bildiririk), Mərhum professor C.Qəhrəmanov Moskva səfərindən sonra məsələnin həll edildiyini keçdiyini ətraflı təsvir etməsi indi də yadımdadır. Azərbaycandan gedən alimlər qrupu əvvəlcə cənab H.Əliyevin yanına gedirlər. H.Əliyev onlara məlumat verir ki, artıq SSRİ Nazirlər Sovetinin sədri ilə, digər yüksək vəzifəli şəxslərlə razılaşdırmışam, SSRİ EA-nın prezidentinə də demişəm, onun yanına gedin. Bizim heyət SSRİ EA-nın prezidenti Q.İ.Marçukun yanına getdikdə əmin olurlar ki, artıq məsələ bircə günün içində həll edilmişdir. Bundan sonra xoş xəbərlə Bakıya qayıdırlar.
Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli məsələ olaraq qalırdı. Bir sıra şəxslərin adları təklif edilir, hər kəs öz seçimində təkid edirdi. Sonralar hamı H.Əliyevin qərarının nə qədər məntiqi oluduğu dərk etdilər. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutumuz Nizami Gəncəvinin, Dilçilik İnstitutumuz İ.Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da M.Füzulinın adını daşımalıdır. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verildi. H.Əliyev işinin çoxluğundan, məşğulluğundan asılı olmayaraq həmişə yazılı abidələrimizi, əlyazmalarımızı düşünmüşdür. Bunu sübut etmək üçün onun «Kitabi-Dədə Qorqud»un tədqiq və təbliği, 1300 illik yubileyinin keçirilməsi sahəsindəki fəaliyyətini yada salmaq kifayətdir. O, 1997-ci il aprelin 20-də «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi haqqında» fərman və 1999-cu il fevralın 21-də «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında» sərəncamı imzalandı. Onun sədrliyi ilə Dövlət Komissiyasının 1999-cu il 16 fevral, 1999-cu il 8 aprel və 2000-ci il 11 mart tarixli üç iclası keçirildi. Bu iclaslarda o, giriş sözü və yekun nitqi ilə çıxış etdi. Və nəhayət, «Kitabi Dədə Qorqud»un onun təşəbbüsü ilə təntənəli surətdə Bakıda keçirilən 1300 illik yubileyi bütün türk xalqlarının bayramına çevrildi.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları, bütün ziyalılarımız ümummilli liderimiz, ulu öndər Heydər Əlirza oğlu Əliyevin müəssisənin tarixindəki rolunu heç vaxt unutmur, həmişə onu Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi kimi yad edir.

PAŞA KƏRİMOV,
Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.