Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

2 may 2013

Yeni nəşrlər

«Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətni»

«Elm və təhsil» nəşriyyatında görkəmli Azərbayjan alimi, dünyanın bir çox ölkələrində - Türkiyə, İran, İtaliya, Almaniya və İngiltərədə elmi və pedaqoci fəaliyyətlə məşğul olmuş professor Turxan Gənjəyinin 1959-ju ildə Neapolda işləyərkən tərtib etdiyi «Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətni» çapdan çıxmışdır. Kitabın tərtibçisi filologiya elmləri doktoru Paşa Kərimov əsərə ön söz yazmış elmi-tənqidi mətnlə bərabər onun müasir əlifbadakı variantını da oxujulara təqdim etmişdir.

«Birinci min günümüz»

«Elm və təhsil» nəşriyyatında Məmməd Səid Ordubadinin indiyə qədər çap edilməmiş əsərlərindən və onların fotofaksimilesindən ibarət «Birinci min günümüz» adlı kitabı çapdan çıxmışdır. Buraya görkəmli ədibin şeirləri mənzum hekayə və pyesləri daxildir. Nəşrə hazırlayan və ön sözün müəllifi: filologiya elmləri doktoru Nailə Səmədovadır.

«Həsən bəy Zərdabinin etnoqrafik görüşləri»

«Elm və təhsil» nəşriyyatında Azərbayjan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Esmira Javadovanın «Həsən bəy Zərdabinin etnoqrafik görüşləri» kitabı çapdan çıxmışdır. Monoqrafiyada Zərdabinin xalqımızın əkinçilik mədəniyyəti, maldarlıq təsərrüfatı, bəzi ailə-məişət məsələləri ilə bağlı fikirləri tədqiq edilir. Redaktoru: filologiya elmləri doktoru Paşa Kərimovdur.

«Nizami və zərdüştilik»

«Elm və təhsil» nəşriyyatında Azərbayjan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı İbrahim Quliyevin «Nizami və zərdüştilik» adlı kitabı çapdan çıxmışdır. Kitabda Nizaminin təsəvvüfə münasibəti, şairin yaradıjılığında zərdüştilik izləri yeni qaynaqlar əsasında tədqiq edilmişdir. Elmi-redaktor: filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.