Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

18 aprel 2013

Qəribinin türkcə əsərlər məcmuəsinin surəti əldə edilib

Əlyazmalar İnstitutu Tehranın Məclis kitabxanasından XVI əsr şairi Qəribinin türkcə əsərlər məcmuəsinin surətini əldə etmişdir.
184 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş məcmuə Muxtar ibn İraqi Marağayi tərəfindən köçürülüb. Məcmuəyə Azərbaycan türkcəsində yazılmış, islama, şiəliyə aid «Risaleyi-Yuhənna» əsəri, 12 imama həsr edilmiş mənaqib, qəsidə, tərcibənd və tərkibbəndlər, şairin divanı və osmanlı şairlərinə həsr etdiyi, əsasən osmanlı dilində yazdığı təzkirə daxil edilmişdir. Qəribi Şah İsmayıl Xətai qəzəllərinə təxmislər yazmış, Şah Təhmasibə qəsidə həsr etmişdir. Əlyazmanın nəzərdən keçirilməsi göstərir ki, əsər XVI əsrin birinci yarısında, Qəribi Şah Təhmasibin sarayında, Təbrizdə yaşadığı zaman tamamlanmışdır. Qəribinin şeirləri Səfəvilər dövrü anadilli Azərbaycan şeirinin ən ilk nümunələrindən biri kimi dəyərlidir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.