Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

7.3.2013

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat

Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük akt zalında Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci il üçün hesabatına həsr olunmuş iclas keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Rəyasət Heyətinin böyük akt zalının foyesində Bölmə institutlarının hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Kamal Abdullayev Bölmə institutlarının 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Hesabatda Əlyazmalar İnstitutunun il ərzində gördüyü işlər haqqında da məlumat verilmişdir.

Əlyazmalar İnstitutunda "Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği" istiqaməti, 3 problem, 6 mövzu, 54 iş, 58 mərhələ üzrə elmi-tədqiqat işləri aparılmışdır.

2012-ci ildə Prezident sərəncamlarının icrası məqsədilə institutda bir sıra dəyərli əsərlər araşdırılmış və çap olunmuşdur. Onlardan biri də M.F.Axundzadənin Təbriz naibüs-səltənəsi Mirzə Yusif xanın indiyə kimi məlum olmayan "Yek kəlmə" əsərinə yazdığı cavabının tədqiqata cəlb edilməsidir. Fil.ü.f.d. S.Cabbarlı "Yek kəlmə"nin Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalarından istifadə edərək onu fars dilindən tərcümə etmiş, geniş ön sözlə çap etdirmişdir .

M.F.Axundzadənin yubileyi ilə bağlı t.ü.e.d. F.Ələkbərli İ.Zaytsevlə birlikdə Moskvada ədibin kiçik həcmli əsərlər toplusunu çap etdirmişdir.

X.Natəvanın yubileyi ilə bağlı institut əməkdaşları AR Təhsil Nazirliyi ilə birlikdə Natəvanın əsərlərini nəfis şəkildə çap etdirmişlər ("Xurşidbanu Natəvan. Neçin gəlməz", Bakı, "Təhsil", 2012, 160 s.). Kitaba ilk dəfə olaraq Natəvanın institutda saxlanılan "Gül dəftəri" albomundakı bütün rəsmləri, şairənin həyat və yaradıcılığına, rəhbəri olduğu "Məclisi-üns" məclisinə dair maraqlı sənədlər daxil edilmişdir.

Əlyazmalar İnstitutunda saxlanılan "Natəvan Xurşidbanu" əsəri (Əliabbas Müznibin əlyazması) kitab halında çap etdirilmişdir. Qeyd olunan əsərin hansı müəllifə məxsusluğu son dövrlərə qədər məlum deyildi.

Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı fil.ü.e.d.C.Nağıyevanın "Həsən bəy Zərdabi arxivinin təsviri", fil.ü.f.d. E.Cavadovanın "Həsən bəy Zərdabinin etnoqrafik görüşləri" kitabları çap olunmuşdur.

"Azərbaycan və digər İslam Şərqi xalqlarının yazılı-ədəbi abidələrinin tədqiqi və nəşrə hazırlanması" mövzusuna dair M.M.Xəyalinin "Divan"ı (128 s.), M.H.S.Nigarinin "Nigarnamə"si (408 s.), İbrahim Tahir Musayevin "Əsərləri" (720 s.), fil.ü.f.d.V.Musalının "Azərbaycan təzkirəçiliyi tarixi" (367s.), fil.ü.e.d. P.Kərimovun "XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret-oçerklər)" (200 s.), Qulam Məmmədlinin "Təzkirə"si (720 s.) əsərləri nəşr edilmişdir.

Hesabat ilində "Əlyazmalar İnstitutunda saxlanılan fransızdilli materiallar kataloqu" (Bakı, "Elm və təhsil", 2012, 179 s.) çapdan çıxmışdır. Tərtibçi və ön sözün müəllifi S.Əliyevadır.

Əlyazmalar İnstitutunda son illər tarix, tibb, əczaçılıq, musiqişünaslıq, paleoqrafiya və təzkirəçiliyə dair yazılı abidələrin tədqiqinə və nəşrə hazırlanmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə 2012-ci ildə planda nəzərdə tutulan və plandan əlavə bir sıra ciddi elmi işlər aparılmış, qiymətli kitablar nəşrə hazırlanmışdır.

Bununla yanaşı, bir sıra görkəmli mədəniyyət xadimlərinin şəxsi arxivlərinin təsviri, "Azərbaycanda islam problemlərinə aid əlyazmaların tədqiqi və nəşrə hazırlanması", "Azərbaycan və digər İslam Şərqi xalqlarının tarixinə, elm və mədəniyyət tarixinə aid əlyazmaların, arxeoqrafik sənədlərin, arxiv materiallarının və daşbasma kitablarının tədqiqi və nəşrə hazırlanması" mövzuları yüksək keyfiyyətlə icra olunmuşdur.

Hazırda arxiv və mətbuat materiallarının rəqəmsal surətləri hazırlanır. Ümumilikdə 3 arxiv, 330 saxlama vahidi, 3686 kadr digital disklərə köçürülmüşdür.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.