Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

7.3.2013

Paşa KƏRİMOV
filologiya üzrə elmlər doktoru

Sabit Əndəbilinin lirik şeirlər toplusu divanı

Əlyazmalar İnstitutu Təbriz Mərkəzi Kitabxanasından XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairi Sabit Əndəbilinin lirik şeirlər toplusu divanının surətini əldə etmişdir.
Görkəmli alim Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» əsərində məlumat verir ki, Sabit Cənubi Azərbaycanın Rüdəqat mahalındakı kəndlərdən olan Əndəbildə doğulmuş, Təbrizdə yaşamışdır. Əlyazmanın üzərindəki möhürdən görünür ki, əsər görkəmli tədqiqatçı və kolleksiyaçı Hacı Məhəmməd ağa Naxçıvaniyə məxsus olmuşdur. Divanda şairin 1500 beytə yaxın fars və türk dillərində yazdığı şeirlər toplanmışdır. Farsca şairlərin içində Şeyx Fəridəddin Əttarın, Sədi Şirvaninin, Fətəli şah Qacarın, Şah Nemətullahın, Nazim adlı şairin şeirləri vardır. Buraya Sabitin Qacar hökmdarı Nəsrəddin şaha (hakimiyyət illəri: 1848-1896) həsr etdiyi şeir də daxil edilmişdir.
Sabit Əndəbilinin Azərbaycan dilindəki şeirləri onun lirik mövzuda yazdığı qəzəllərindən, müəmmalarından, sinəzən və növhələrindən ibarətdir. Şairin şeirləri dilinin sadəliyi, canlı danışıq elementlərindən istifadə etməsi ilə seçilir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.